Accessibility links

London-City aeroportunda insident


Bu gün London-City şəhər aeroportundakı kimyəvi insidentin tənəffüs sistemində problem yaratması yüzlərlə sərnişinin evakuasiya edilməsinə, iki nəfərin isə xəstəxanaya aparılmasına səbəb olub.

Aeroportun Twitter səhifəsində evakuasiyanın xəbərdarlıq siqnalizasiyasının çalınmasından sonra edildiyi və insidentin səbəbinin araşdırıldığı deyilir.

London yanğınsöndürənlər briqadasının dediyinə görə, aeroport terminalından 500 nəfərə qədər insan evakuasiya edilib. London-City aeroportunda kimyəvi insitent xəbəri gələn kimi oraya 3 yanğınsöndürən maşın və xüsusi texniki təchizat göndərildi" deyə, açıqlamada bildirilib.

London Təcili Yardım İdarəsi hava limanında nəfəs almaqda çətinlik olan 26 nəfərə təcili yardım göstərildiyini və onlardan ikisinin xəstəxanaya aparıldığını deyib.

XS
SM
MD
LG