Accessibility links

London meri Boris Conson Deyvid Kameronla mübahisə edib


London meri Boris Conson bazar günü Böyük Britaniyanın baş naziri Deyvid Kameronla mübahisə edib. O, "Britaniyanın Avropa İttifaqından çıxışı" adlı kampaniyaya qoşulacağını bəyan edib.

Britaniyanın məşhur, lakin qeyri-ənənəvi siyasətçisi Conson mühafizəkar həmkarının Britaniyanın 28 Avropa ölkəsinin daxil olduğu Avropa Birliyində qalması fikri ilə razılaşmır.

“Uzun zaman davam edən ürək ağrısından sonra mən bu qərara gəldim. Mən heç vaxt Deyvid Kameron və ya hökumətə qarşı getmək istəməzdim. Mən insanlar üçün daha əlverişli razılıq istəyirəm. Pula qənaət etmək və nəzarəti geri ələ almaq. Bütün məsələ bundadır.” – deyə London meri bildirib.

Uzun zaman davam edən ürək ağrısından sonra mən bu qərara gəldim. Mən heç vaxt Deyvid Kameron və ya hökumətə qarşı getmək istəməzdim. Mən insanlar üçün daha əlverişli razılıq istəyirəm. Pula qənaət etmək və nəzarəti geri ələ almaq. Bütün məsələ bundadır.
London meri

Ötən həftə cənab Kameron Britaniyanın Avropa Birliyində qalması üçün Avropa liderlərindən razılıq əldə edib.

Conson on illərdir Britaniyanın Brüsseldə qərərgahlanan Avropa İttifaqı ilə münasibətin ticarət və əməkdaşlıqla kifayətlənməsini və siyasi layihələrə qatılmamasını istədiyini bildirib.

Kameron məsələ ilə bağlı iyunun 23-də referendum keçirəcək.

Razılıq Londonun sevmədiyi bəzi tələblərdən daha geniş mühafizə ilə təmin edəcək. Buraya Avropa Birliyinin Britaniyada yaşayan bütün sakinlərinə bərabər mənfəətlər verməsi, Britaniyanın avrodan istifadə etməməsinə baxmayaraq Avropa valyutasından istifadə edən 19 üzv ölkəni maliyyə yardımı ilə təmin etmək kimi bəzi tələblər daxildir.

Kameron bazar günü televiziya vasitəsi ilə Consona müraciətində onun Avropa Birliyinə üzvlük kampaniyasına qoşulmasına inandırmağa çalışıb.

Kameron deyib ki, Britaniya Avropa Birliyində qalarsa ölkənin milli təhlükəsizliyi daha möhkəm olar.

XS
SM
MD
LG