Accessibility links

London metrosundakı partlayışla əlaqədar daha bir nəfər həbs edilib


London metrosunda törədilən partlayışın təşkilində şübhəli bilinən daha bir nəfər həbs edilib. Onun 21 yaşı olduğu və London ətrafında həbs olunduğu bldirilir. O, terror aktı ilə bağlı həbs olunan ikinci şübhəlidir.

Hələlik onların adları və milliyəti barədə məlumat verilmir.

Polisin məlumatına görə, partlayıcı düzgün işləmədiyindən yanıb və buna görə təlafat olmayıb.

İstintaqın qənaətinə görə əgər bomba var gücü ilə partlsa idi, nəticəsi qat-qat ağır olardı.

Bu terror aktının məsuliyyə “İslam dövləti” qrupu üzərinə götürüb.

Sentyabrın 15 Londonda insanların nəqliyyatdan çox istifadə etdiyi saatlarda qatarda partlayış barədə məlumat daxil olduqdan sonra silahlı polis zabitləri Parsons Green adlı yeraltı metro stansiyasına enib.

Mətbuatda deyilir ki, partlayış sərnişinlərdə yanıq yaralarına və metroda çaxnaşmaya səbəb olub. 30 nəfərin xəsarət aldığı bildirib.

Terrorizm əleyhinə mənbələr insidenti terror hadisəsi kimi qiymətləndirib.

Hücum bu il Britaniyada həyata keçirilən 5-ci terror hadisəsidir.

Britaniyanın baş naziri Teresa Mey sakinləri təmkinə səsləsə də, təhlükəsizlik vəziyyətinin ağır olaraq qaldığını bildirib.

London meri Sadiq Xan bəyanatla çıxış edərək bildirib ki, biz terrorçular tərəfindən nə qorxudula, nə də məğlub ediləcəyik.

Dünən səhər metro stasiyasının işi bərpa edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG