Accessibility links

Londonda məscid yaxınlığında hücum həyata keçirilib


London polisi bildirir ki, bazar ertəsi mikroavtobus məscid yaxınlığına piyadaları vurub, nəticədə 10 nəfər yaralanıb. Rəsmilər hadisəni terror aktı olaraq qiymətləndirir.

Komissar köməkçisinin müavini, terrora qarşı mübarizə üzrə milli koordinator Nil Basu müxbirlərə bildirib ki, hadisə yerində ölü elan edilən kişi hücum baş verdiyi sırada artıq tibbi yardım alırdı və onun ölümünün hücumla əlaqədar olub-olmadığını demək üçün daha çox erkəndir.

Rəsmilər deyir ki, polis 48 yaşlı sürücünü həbs edib. O, daha öncə hadisə yerindəki insanlar tərəfindən saxlanılıb.

Basu deyib ki, belə görünür həmin kişi hücumu təkbaşına həyata keçirib. O, şübhəlini saxlayanları alqışlayıb və onların təmkinini “tərifəlayıq” adlandırıb.

Basu həmçinin bildirib ki, yaralanan 10 nəfər müsəlman icmasının nümayəndələridir və müstəntiqlər hücumun məqsədini araşdırırlar.

Baş nazir Teresa Mey bazar ertəsi baş verənləri “ibadət yeri yaxınlığında müsəlmanlara qarşı hücum” adlandırıb və deyib ki, “bu cür nifrət və şər heç bir zaman qalib gəlməyəcək”.

Britaniya Müsəlmanlar Şurasının baş katibi Harun Xan söyləyib ki, şahidlərin bildirdiyinə görə, sürücünün hücumu islamofobiyaya əsaslanır.

Metropoliten polisin bəyanatında deyilir ki, hücumun mahiyyətinə görə icmaların, xüsusilə də Ramazanı qeyd edənlərin təhlükəsizliyinin təminatı üçün əlavə polis resursları səfərbər edilib.

Son zamanlar Britaniya, xüsusilə də Londonda bir neçə terror hücumu həyata keçirilib. Buna ötən ay Mançesterdə baş verən bomba hücumu və London Körpüsü yaxınlığında baş verən maşın və bıçaq hücumları daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG