Accessibility links

Londonda əsgərin qətlində günahkar bilinən iki şəxsin məhkəməsi başlayıb


Onlar qətl və qətlə cəhd maddəsi ilə ittiham olunur

Londonda bir əsgəri öldürməkdə günahkar bilinən iki britanyalı müsəlman bu gün məhkəmə qarşısına çıxacaq.

Hakim qarşısına çıxarılan 28 yaşlı Maykl Adebolayoya qarşı mayın 22-sində əsgər Li Riqbini qətlə yetirmək və iki polis zabitini qətlə yetirməyə cəhd göstərmək ittihamları irəli sürülür. Cümə günü xəstəxanadan çıxan Eydibolaya, hadisə yerində polisin atəş açması nəticəsində yaralandıqdan sonra xəstəxanaya aparılmışdı.

22 yaşlı ikinci şübhəli Maykl Adebovale də qətl törətmək və qətlə cəhd maddəsi ilə ittiham olunur.

Hər iki şübhəli hadisənin şahidlərinə britanyalı əsgərlərin İraq və Əfqanistanda müsəlmanları öldürməsinə cavab olaraq bunu etdiklərini deyib. Keçən həftə həbs olunan daha üç şübhəliyə qarşı sui-qəsd cəhdində iştirak ittihamları ilə qarşılaçacağı gözlənilir.

Qətl hadisəsi Britanyada etiraz dalğasının güclənməsi və məscidlərə hücumlara səbəb olmuş, Riqbinin ailəsi insanları təmkinə çağırmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG