Accessibility links

London məscidində maşını insanların üzərinə sürən şəxsə qarşı ittiham irəli sürülüb


London məscidində maşını insanların üzərinə sürən şəxsə qarşı rəsmən ittiham irəli sürülüb. 48 yaşlı Derren Osborn qətl və qətlə cəhd itthamları ilə üzləşib.

Hücum zamanı 51 yaşlı Məkrəm li öldürülüb, 9 nəfər xəsarət alıb. Hücum Ramazan ayında ibadət üçün toplaşan insanları hədəf alıb.

Prokurorluq müsəlmanları pedofil və ekstremist zorakılar adlandıran Osbornun nifrət zəminində hücuma əl atdığını bildirib. O, günahsız olduğunu deyir.

Məhkəmənin 10-cu günü prokuror Conatan Rees Osbornun daha artıq müsəlmanı qətlə yetirmək istədiyini deyib.

Osborn Deyv adlı şəxsin maşını idarə etdiyini iddia edib. Prokurorlar isə belə bir şəxsin mövcud olmadığını bildirir. Nə şahidlər, nə də kameralar maşında ikinci şəxsin olduğunu sübuta yetirib.

Osbornun kompüterində ifrat sağçı İngilis Müdafiə Liqasının təsisiçisi Tommi Robinson və Britaniyanın ilk lideri Pol Qoldinqin adı aşkarlanıb.

Onun partnyoru Sra Andryü intintaqa Osbornun "beyninin yuyulduğunu" və "zaman bombası" olduğunu bildirib.

XS
SM
MD
LG