Accessibility links

London metrosunda partlayışla əlaqəli daha iki şübhəli həbs edilib


Keçən həftə London metrosunda 30 nəfərin xəsarət almasına səbəb olan bomba partlayışı ilə əlaqəli daha iki şübhəli şəxs həbs edilib.

Britaniya polisi deyir ki, 48 və 30 yaşlı iki kişi şübhəli qismində Uelsin Nyuport şəhərində həbs edilib. Digər iki şübhəli - 18 yaşlı iraqlı qaçqın və 21 yaşlı suriyalı həftə sonu saxlanılıblar. Hələlik saxlanılanların heç birinə rəsmi ittiham irəli sürülməyib.

Evdə hazırlanmış bomba pik saatlarında Parsons Garden metro stansiyasında qismət partlamışdı.

Sosial mediada yayılan şəkillərdə plastik torbanın içində olan bombanın qatar vaqonunun qapısının önünə yerləşdirildiyi görünür.

İŞİD cihadçıları hücumun məsuliyyətini üzərinə götürüb, amma daxili işlər naziri Ember Rad bunu istisna edir.

Partlayış bu il ərzində Britaniyada baş tutan beşinci böyük terror hücumudur.

XS
SM
MD
LG