Accessibility links

Azərbaycan güləşçiləri London Olimpiadasında gümüş və bürünc medalları qazanıb


Rövşən Bayramov 55 kq çəkidə gümüş, Emin Əhmədov isə 74 kq çəki dərəcəsində yarışda bürünc medala layiq görülüb

Güləş üzrə 55 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı güləşçi Rövşən Bayramov London Olimpiadasında gümüş medal qazanıb. Finalda iranlı idmançı, beş dəfə Dünya çempionu Həmid Məhəmməd Soriyan Reyhanpurla görüşdə məğlub olab Rövşən Bayramov güləş üzrə yarışlardan ikinci yeri qazanıb. Rövşən Bayramov yarım finalda rusiyalı güləşçi Minqiyan Semenov üzərində qələbə çalaraq, Azərbaycan üçün ən azı gümüş medalı təmin etmişdi.

74 kiloqram çəki dərəcəsində isə Azərbaycanın təmsilçisi Emin Əhmədov Belarus güləşçisi Aleksandr Kikinou üzərində qələbə çalaraq, bürünc medal qazandı.

Amerikalı tennis ulduzları Serena və Venus Vilymas qadın cütlər arasında Çexiya tennisçilər Andrea Hlavaçkova və Lüsi Hradeska ilə yarışda tarixi qələbə əldə edib. Serena qadın tennisçilər arasında təkbətək yarışlarda artıq qızıl medal alıb.

Efiopiyalı idmançı Tiki Gelena finiş xəttini 2 saat 23 dəqiqə və 7 saniyəyə keçərək Olimpiadada qazış üzrə marafon yarışında qalib gəlib. Keniyalı Prisçah Ceptuu gümüş, Rusiya idmançısı Tatyana Petrova Axipova isə bürünc medal almışlar.

Bazar günü Olimpiadada kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışlarda idman həvəskarlarının Yamayka idmançısı Yusayn Bolta yönələcək. Yarışlar onun Olimpiya çempuonu titulunu saxlaya bilib-bilməyəcəyini müəyyən edəcək.
XS
SM
MD
LG