Britaniya polisi ötən həftə London hücumunun daha bir qurbanının kimliyini açıqlayıb. Haviyer Tomas adlı fransız şəxsın cəsədi çaydan çıxarılıb.
Britaniyanın baş naziri Tereza Mey polisin şənbə günü Londonda yeddi adamın ölümü, 50-dən artıq insanın yaralanması ilə nəticələnmiş hücumu törədən üç şəxsin kimliyini müəyyən etdiyini bildirib.
Tereza Mey həmçinin deyib ki, polis hadisə qurbanlarının hamısının şəxsiyyətini hələ müəyyən etməyib, lakin ölənlər arasında bir neçə ölkə vətəndaşının olduğu haqda məlumat verilib.
London polsinin bildirdiyinə görə, Britaniya vətəndaşları Xuram Şazad və Raşid Redoun, dünən kimliyi müəyyən edilən 22 yaşı Yusif Zaqhbanın hücumların məsuliyyətini daşıyır.
London Körpüsündə maşını insanların üzərinə sürməklə törədilmiş hücumda üç nəfər iştirak edib. Onlar daha sonra maşından çıxaraq, insanlara bıçaqla hücum edib. Polis bundan sonra hadisə yerində hücumçuları güllə ilə vurub öldürüb.
İslam Dövləti qrupu Amaq xəbər agentliyinin veb səhifəsi vasitəsilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Şənbə günü Londonda törədilmiş hücum Britaniyada mart ayından bəri üçüncü terror hücumudur. Bundan öncə Vestminister Körpüsündə və iki həftə öncə Mançesterdə hücumlar onlarla adamın ölümünə və yaralanmasına səbəb olmuşdu.