Accessibility links

London 3 nəfər nəzarət altına alınıb. 30 yaşlarında olan həmin şəxslər polisin reydləri nəticəsində ələ keçirilib. Onların ötən həftə həyana keçirilən hücumlarla əlaqəsi olmadığı bildirilib. Lakin polis onların Londonda terror hücumu planının son hazırlıqlarını gördüyünü deyib.

Həbslər London Körpüsündə baş verən terror hücumundan sonra polisin terrorçuları gülllələyərək öldürməsindən öncə və sonrakı anların video görüntüləri yayıldığı vaxta təssadüf edir.

Sosial mediada yayılan təhlükəsizlik kamerlarına çəkilən görüntülərdə polisin Borough Marketdə hücumun baş verdiyi yerə doğru getdiyi və hücumçulara atəş açdığı göstərilir. Daha sonra isə hadisə yerinə bir qrup polis daha gəlir.

Əlavə videolar çəkən fotoqraf Qabriel Siotto hücumunun baş verdiyi yerdə çəkdiyi şəkilləri də paylaşıb.

Polis səkkiz polis zabitinin 50 dəfə atəş açaraq, üç hücumçunu öldürdüyünü bildirib.

Şənbə günü üç islamçı militantın maşını London Körpüsündəki piyadaların üstünə sürüb, daha sonra yaxınlıqdakı bar və restoranlardakı insanlara bıçaqla hücum etməsindən sonra 8 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.

XS
SM
MD
LG