Accessibility links

London binasında yanğın soyuducudan başlayıb


London polisinin bildirdiyinə görə, 79 nəfərin ölümünə səbəb olan yaşayış binasındakı yanğın soyuducudan başlayıb.

Polis sözçüsü Fiona Makkormak yanğının qəsdən törədilmədiyinə dair ekspert dəlili əldə edilib.

Polis həm də bildirib ki, 24 mərtəbəli binanın örtüyü yanğından sonra təhlükəsizlik testlərindən uğursuz çıxıb.

Daha əvvəl London meri Sadiq Xan yaşayış binasında yanğınla bağlı ictimai qəzəbin artdığını etiraf edərək, yanğına yanlışlıq və səhlənkarlığın səbəb olduğunu deyib.

Baş nazir Tereza Mey yanğının səbəbi ilə bağlı instintaqla bərabər, bu hadisəyə dair ictimai dinləmələrin keçiriləcəyinə söz verib. Bundan əlavə, Mey sakinlərə yardım məqsədilə 6.4 milyon dolların ayrıldığını və onların üç həftə ərzində yeni evlərə köçürüləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG