Accessibility links

Londonda yanan binanın sakinləri qəzəblidir


Londonda back verən yanğından sonra şəhər rəsmiləri yanğın təhlükəsizlik qaydalarının pozulduğuna dair suallarla üzləşir.

Polis bildirir ki, çərşənbə günü səhər saatlarında Londonun qərbində yerləşən 24 mərtəbəli yaşayış binasında yanğın nəticəsində azı 17 nəfər həyatını itirib.

Ölənlərinin sayının artacağı gözlənilir.

Rəsmilər 37 nəfərin xəstəxanalarda müalicə olunduğunu, 17 nəfərin vəziyyətinin isə kritik olduğunu bildirir.

Bina çərşənbə günü gündüz saatlarında yanmağa davam edərkən, yanğının dünyanın ən möhkəm yanğın kodları olan şəhərində necə bu qədər sürətli bir şəkildə yayıldığı barədə suallar yaranıb.

Bəzi sakinlər yanğının ilk dəqiqələrində plastmas yanığının qoxusunu aldıqlarını deyiblər. Bəzilərində isə binada pulverizatorların olmadığı və ya işləmədiyi, yetərli yanğın çıxışlarının olmadığı və ya tez alovlanan plastik tikinti materiallarından istifadə olunduğuna dair suallar yaranıb.

Binadan sağ çıxanlar deyir ki, fövqəladə hallar işçiləri onlara mənzillərində qalmalarına dair göstəriş verib. Bu standart yanğın proseduru olsa da, qəzəbli sakinlər bunun səhv olduğunu deyib.

Rəsmilər deyir ki, yanğına və onun sürətli şəkildə yayılmasına nəyin səbəb olduğunu müyyən etmək bir neçə gün alacaq.

Qrenfell Qülləsi adlı binanın təxminən 120 mənzili və 600 sakini olub. Londonun qərbindəki Şimali Kensinqton ərazisində yerləşən binada müxtəlif milllətlərdən insanlar yaşayırdı. Çərşənbə günü itkin düşənlər sırasında çox sayda azyaşlı uşaq da var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG