150 minə qədər insanın bir neçə idman növü üzrə yarışlara tamaşa etmək üçün Londonun Olimpiyada Parkına gəlməsi stadionda olimpiadaya son hazırlıqların başa çatmaq üzrə olması demək idi. Londonun Olimdiyada stadionu şarlar, rəngarəng işıqlar və alqışları ilə açıldı. İdman pərəstişkarları yarışlara tamaşa etmək üçün Olmpiayda Parkında toplaşmışlar. Burada Voter-pol və xokkey də daxil edilməklə, bir neçə idman növü üzrə yarış keçirilir. Hətta təmir işləri gedən zaman belə, Olimpiyada Parkında oyunlar davam edir.
Stadionda işləyən rumıniyalı Vlad adlı fəhlə buradakı təmir işlərinin digərlərindən fərqli olduğunu deyir. “Bura tamamilə başqa hisslər keçirirsən. Bunu başa salmaq çətindir.. Əsasən də olimpiayda başlamazdan əvvəl keçirilən sınaq yarışları zasmanı. Belə bir hissləri insan həyatında bir dəfə keçirə bilər.”
Bir neçə ay bundan sonra Olimpiya oyunlarında iştirak etmək üçün Londona Vladın vətəni və digər ölkələrdən idmançılar gələcək. Lakin hal-hazırda burada sınaq oyunlarını Britaniya universitetinin idmançıları keçirir.
Qaçış üzrə idmançı Devid Bişop da daxil edilməklə, idmançılar Olimpiya komandası şəklində yarışacaqlarına ümid bəsləyirlər. “Mənim buraya gəlməkdə məqsədim burada qaçaqkən nə hiss edəcəyimdə idi. Bu, mənə gələn bir neçə ay yardım edə və motivasiya verə bilər” -deyə, Bişop bildirir.
London Olimpiyadaya Hazırlıq Təşkilatının sədri və dörd dəfə Olimpiya çempionu Sabastian Ko buraya sınaq yarışlarında iştirak edən gənc idmançılarla təmasda olmaq və 7 ildir davam edən hazırlıqların nəticələrini görmək üçün gəldiyini deyir. “Hər şeyin qaydasında olduğundan əmin olmaq istəyirik. Biz tamaşaçıların təhlükəsziliyi, biletlərin satışı, işçi qüvvəsinin yararlığı, texniki avadanlıqların qaydasında olduğundan əmin olmalıyır.”
Sarı mətbuatın inşaatçıların parka saxta bomba keçirməsinə yardım etdiyini yazması, hələ çox iş görülməli olduğuna sübutdur.