Accessibility links

Loretta Linç ABŞ-ın baş prokuroru vəzifəsinin icrasına başlayır


Loretta Linç ABŞ-ın hüquq-mühafizə orqanlarının yeni rəhbəri vəzifəsinin icrasına başlayır. O, ölkənin yeni baş prokuroru kimi Ədliyyə nazirliyində ABŞ-ın vitse-prezidenti Co Baydenin iştirak edəcəyi mərasimdə and içəcək.

Linç baş prokuror vəzifəsinə təyin edilən ilk Afrika mənşəli amerikalı qadındır. Altı il bu vəzifədə çalışan sabiq baş prokuror Erik Holder isə bu vəzifəyə təyin edilmiş ilk qara dərili şəxs olub.

Senat keçən cümə axşamı səs verərək, xanım Linçin baş prokuror vəzifəsinə namizədliyini təsdiqləyib. Linçin namizədliyinin təsdiq edilməsi eyni zamanda onun prezident Barak Obamanın mühacirət qanununu dəstəkləməsi ilə əlaqədar yaranmış narazılıqlara da son qoyub.

O, Barak Obamanın prezidentlik xidmətinin başa çatmasına iki ildən az vaxt qaldığı bir zaman Ədliyyə departamentinə rəhbərliyə başlayır. Linçin namizədliyi Birləşmiş Ştatlarda son vaxtlar baş verən polis müdaxiləsində ölüm hallarının qeydə alındığı vaxta təsadüf edir.

Bəzi tənqidçilər hadisələr zamanı cənab Holderin polislə bağlı qərarlar verərkən tələsik addımlar atdığını deyir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG