Accessibility links

Los Angelesdə COVİD-19 infeksiyasına 1 milyon yoluxma halı qeydə alınıb


John Hopkins Universitetinin məlumatına görə, ABŞ-da bazar günü 94.5 milyon insan koronavirusa yoluxub.

ABŞ 23.7 milyon infeksiya ilə dünyada birinciliyini saxlamaqdadır. Siyahıda daha sonra Hindistan (10.5) və Braziliya (8.4) milyonla yer alır.

Kaliforniyanın Los Angeles COVİD-19 infeksiyasına 1 milyon yoluxma hallarına görə Amerikanın ilk qraflığı olub.

Norveçdə Pfizer COVİD-19 vaksinlərinin qəbulundan sonra həyatını itirən 25 nəfərlə bağlı tədqiqat aparılır.

İngiltərənin cənub bölgəsində 80 və daha yuxarı yaşlı şəxslər vaksinləri 800 illik Salisburi Kafedralında orqan musiqisi sədaları altında qəbul edib.

Avstraliya 3 yeni koronavirus faktının qeydə alınmasına baxmayaraq, planlaşdırıldığı kimi açılacaq. Hazırda 47 nəfər iki həftəlik karantinə alınıb.

Bu ölkədə keçiriləcək Beynəlxalq Tennis Turniri üçün 7 ölkədən 17 çarter reysi açılıb. Oraya 1200 oyunçu, məşqçi və ştat üzvləri getməlidir.

Pandemiyanın başlamasından bəri Avstraliyada 29 min yoluxma faktı qeydə alınıb, 900 nəfər ölüb.

XS
SM
MD
LG