Accessibility links

Hollivudun uzun müddət gözlənilən muzeyi 2019-cu ildə açılacaq [Video]


Los Ancelesə səfər edən turistlər adətən Holivuda – filmlərin və film ulduzlarının tarixi evlərinə baş çəkirlər.

Onlar Oskar mükafatının təqdim edildiyi Dolbi Teatrına da gedə bilərlər.

Buradan uzaq olmayan məkanda sakinlər və turistlər arısında boşluğu dolduracaq nəhəng kompleks tikiləcək.

Donorlar və studiya əməkdaşları gələcək muzeyin yerləşəcəyi sahəni gəziblər. Bu ideya Daqlas Feyrbanks, Meri Pikford və 1920-ci illərin digər Hollivud ulduzları tərəfindən təklif edilib.

“Buranın yaranmasının müxtəlif səbəbləri var. Nəhayət ki, artıq alınır. Biz həmin məkanın mərkəzindəyik. Muzey bizim ətrafımızda tikiləcək və 2019-cu ildə açılacaq. Los Anceles layiq olduğu muzeyə sahib olacaq.”

338 milyon dollarlıq kompleksdə 1,000 oturacaqlıq teatr və film sənətinə aid olan cəlbedici sərgi zalları olacaq. Qrimdən tutmuş kino texnologiyasına qədər... klassik film kostyumları da daxil olmaqla.

“Bu bir səyahət kimi olacaq. Sən burada gəzəndə növbəti nə gələcəyini bilməyəcəksən. Bəzən elə mühitdə olacaqsan ki, sanki zamanda səyahət edirsən. Baxdığın sərgi sanki reallıq olacaq.”

Muzey turistləri məlumatlandıracaq.

“Məncə onlar bu şəhərdə gəzərək, əsl film təcrübəsini harada əldə edə biləcəklini axtarırlar. İndi isə onların elə bir yeri olacaq.”

Bu həm də film sənayesində olanların da marağında səbəb olacaq. Məqsəd şəhərin aparıcı sənayesi haqqında daha çox insanı məlumatlandırmaqdır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG