Accessibility links

Los Ancelesdə polis zabitlərini güllə ilə yaralayan şəxsin axtarışı davam etdirilir


Los Anceles Mahal Polis İdarəsinin rəis müavinlərini güllə ilə yaralayan şəxsin axtarışı davam etdirilir.

31 yaşlı qadın və 24 yaşlı kişi zabitlər əməliyyat keçirib. Onların hər ikisi də 14 ay əvvəl Polis Akademisyasından məzun olub.

Zabitlər metro stasiyasında patrul maşınında oturarkən gülllənib. Polis idarəsinin yaydığı videoda maşının sərnişin tərəfinin atəşə tutulduğu göstərilir.

"Silahlı şəxs maşına yaxınlaşaraq heç bir xəbərdarlıq vermədən atəş açıb" - deyə, polis idarəsi bildirib.

Video Donald Tramp da daxil olmaqla, bir çoxlarının qəzəbinə səbəb olub. ABŞ prezidenti yazıb ki, "heyvanlara ağır zərbə vurulmalıdır!"

Zabitlərin yerləşdirildiyi xəstəxana qarşısına insanlar toplaşıb.

Yaxınqlıqda olan radio müxbiri nəzarət altına alınıb. Polis idarəsi müxbirin bir nümayişçinin həbsinə müdaxilə etdiyini bildirib.

Hadisə şənbə günü axşam axşam saat 7 radələrində baş verib.

XS
SM
MD
LG