Accessibility links

Los-Ancelesin “CASA 0101” teatrı [Video]


Los-Ancelesin “CASA 0101” teatrı
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Los-Ancelesin latın məhəlləsindəki kiçik teatr burada yaşayan mühacir icmasına öz səslərini ucaltmağa imkan verir. Bu səhnə sosial təcridlə üz-üzə qalan yeni sənətkarlar üçündür. Onlardan bəziləri Hollivuda qəbul olunmayanlardır.

Vaxtilə ölkədə sənədsiz yaşayan Jozefina Lopes özünün “Real Women have Curves” ssenarisinə görə beynəlxalq nailiyyət qazanıb. Hollivud filminin əsas xarakterini oynayan aktrisa Amerika Ferrera bu filmdə öz həyatını oynayıb. “Mən Birləşmiş Ştatlar sənədlərimi almaq üçün bir il gözləməli oldum. Buna görə də anam və bacımla birlikdə fabrikdə işlədim. Elə həmin təcrübə də mənim film ssenarisi yazmağıma səbəb oldu” deyə, Jozefina Lopes bildirir.

Qazandığı bu müvəffəqiyyətdən sonra o, Los-Ancelesin mərkəzində Boyl Haytsda “CASA 0101” (Kasa 0101) adlı teatr yaratmaq fikrinə düşür. Jozefina Lopes böyüyüb-başa çatdığı ispan icmasına özlərini sənətdə göstərmələrinə imkan vermək istəyirdi. “Beləliklə, mən bizi cinayətkar, qeyri-qanuni mühacirlər, yəni gərəksiz insanlar kimi təsəvvür edilənlərə qarşı teatr ssenariləri yazmağa başladım.”

2000-ci ildən, açılışından bəri “CASA” teatrında 128 tamaşa qoyulub. Ən son tamaşa isə “Gözəl və Çirkin” tamaşasının adaptasiyası idi.

Cinayət və zorakılığın olduğu məhəllədə “CASA 0101” aktyor Conni Ortiz kimi gəncləri özünə cəlb edir. Conni deyir ki, bu teatr olmasaydı onun həyatı tamamilə başqa cür olardı. “Əlil, ölü, əsasən də həbsxana, bu üç şeyi sən özün gözlərinlə görürsən.”

Həyatını dəyişməzdən əvvəl iki il həbsxanada olan Conni teatra minnətdardır. Hollivudun bir neçə tamaşası üzərində işləməzdən əvvəl o, bu teatrda çox şey öyrənib. “Əgər belə insanları dəstəkləyən təşkilatlar daha çox olsa, küçələrdə uşaqlar da az olar. Mənim həyatda olmağımın səbəbi də elə bu təşkilatdır.”

Bu kiçik teatr fəaliyyətini davam etdirmək üçün çox çətinlik çəkir. Lakin teatrın təməlini qoyan Jozefina Lopes buranın ayaqda duracağını, insanların arzularına çatmasına xidmət edəcəyini düşünür.

XS
SM
MD
LG