Toy videoları zəif həvəskar vieolardan başlayaraq, uzun bir yol qət edib. Bu gün onlardan bəziləri tamformatlı filmə bənzəyir. Hazırda müasir texnologiya və yüksək səviyyəli kameralar sayəsində bəzi toy videoları Hollivud filmləri ilə yarışa bilər.
Bu filmə baxarkən siz sanki bədii filmə baxırsınız. Səhnə quruluşu, geniş perspektivlər və dronlar. Əslində isə bu, toy videosudur. Reyçel Silver: “Əvvəlcə gördüklərimlə müqayisədə bunun məzmunu daha yaxşıdır. Real insanlar. Real hekayə, lakin peşəkar iş.”
Reyçel Silver “TV Məhəbbət hekayələri”nin təsisçisidir. Bu, peşəkar toy videolarını paylaşan və bölüşən online-platformadır. “Bizdə dünyanın hər yerindən minlərlə toy filmi var və bu filmlər bizə yeni evlənənlər və ya rejissorlar tərəfindən verilir.”
Yəni tam olaraq onlar kimlərdir? Və doğrudan da naməlum insanlar tərəfindən çəkilən toy filmlərinin izləyici var?
“Bizim tamaşaçılarımızın çoxu real TV-ni izləyərək böyüyüb. Onların həyatı “Subay” televiziya şousunu izləməklə keçib. Bu, məhəbbət hekayəsidir. Toy filmlərində də onların necə rastlaşdıqları, məhəbbəti necə yaşadıqlarını görürsünüz. Onlar aşiqlərin dostlarını, ailə üzvlərini danışdırır və siz bu hekayəni sevinc hissi ilə izləyirsiniz” deyə, Reyçel Silver bildirir.
Əyləncə və sevinc hissi ilə yanaşı “TV Məhəbbət hekayələri” həm də hər film yer, din, mədəniyyət baxımından toy planlaşdırılma mövzusunda yardımçı ola bilər.
“Toy Videoqrafiyası” şirkətində işləyən Cenifet Tomsom web-saytın onun biznesinə yardım etdiyini deyir. “Bizim üçün ən vacib məsələ potensial müştəri cəlb etməkdir.”
Siniklər özlərini təbrik edənlərə yuxarıdan baxa bilər. Lakin toyunun sənədləşdirilməməsinə təssüf edən Silver bu anları nadir anlar adlandırır. “Qohumları və dostları, onları sevən bütün insanlar onların ətrafına toplaşır və bu, həyatınızda çox az baş verir.”
Bu səbəblərdən biri də xoşbəxt anlarınızı gələcək nəsillərə ötürmək və ya gecə saatlarında izləmək üçündür.