Accessibility links

Lufthansa stüardessaları tətil edir


Almaniyanın ən iri hava yolları şirkəti olan Lufthansanın stüardessaları tətilə çıxıblar. Nəticədə yüzlərlə uçuş təxirə salınıb.

Lufthansa stüardessalarını təmsil edən həmkarlar ittifaqı UFO Almaniyanın ən məşğul aeroportları olan Berlin, Münhen və Frankfurtda tətil elan edib.

Mübahisə stüardessaların iş şəraiti və maaş üzərində cərəyan edir. UFO şirkətin 18 mindən çox ekipaj üzvü üçün 5 faiz maaş artımı tələb edir.

Lufthansa rəhbərliyi 3.5 faiz artım təklif edir və iş saatlarının yüngülcə artırılmasını istəyir.

Həmkarlar ittifaqi maaş artımlarının cüzi, yeni əməkdaşların maaşlarının isə xeyli az olduğundan şikayət edir.
XS
SM
MD
LG