Accessibility links

ABŞ: Ukraynanın sabiq daxili işlər nazirinin cəzalandırılması siyasi motivlərə əsaslanır


ABŞ Ukraynanın sabiq daxili işlər naziri Yuri Lyutsenkonun məhkəmə hökmünün siyasi motivlərə əsaslandığını bildirərək, bunu müxalifət üzvlərlərinin cəzalandırılması kimi qiymətləndirib.

Amerikanın Kiyevdəki səfirliyinin bəyanatında deyilir ki, Lyutsenko və onun yaxın müttəfiqi Yuliya Timoşenkonun həbsi Ukraynada demokratik vəziyyət və qanunun aliliyini sual altına alır.

Bu gün Kiyev məhkəməsi Lyutsenkonu anti-korrupsiya təftişləri müddətinin uzadılmasında günahlandırıb.

O, iki il müddətinə azadlıqdan məhrum edilsə də, dövlət pullarının mənimsənilməsi və vəzifəsindən sui-istifadə ittihamları ilə artıq 4 il həbs cəzası çəkdiyi üçün hökm qüvvəsini itirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG