Accessibility links

Müxalifətin Xocalı faciəsi qurbanlarının abidəsinə gül qoymasına imkan verməyiblər


Müxalifətə Xocalı faciəsi qurbanlarının abidəsinə gül qoymasına imkan verməyiblər
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Müxalifətin Xocalı faciəsi qurbanlarının abidəsinə gül qoymasına imkan verməyiblər

Fevralın 26-da Xocalı faciəsinin anım mərasimində müxalifətdə olan Müsavat, Xalq Cəbhəsi partiyaları və Milli Şuranın tərəfdarları ilə polislər arasında gərginlik yaşanıb. Bu qurumların tərəfdarlarına Bakının Xətai rayonundakı “Ana fəryadı” abidəsinin önünə gül dəstələri qoymağa imkan verilməyib.

Müsavat Partiyasının tərəfdarları ilə hüquq mühafizə orqanlarının əməkdaşları arasında insident yaranıb. Bu zaman bir neçə nəfər, o cümlədən Müsavat Partiyasının mətbuat xidmətinin əməkdaşı Mehman Kamran xəsarət alıb, onu təcili tibbi yardım avtomobili ilə hadisə yerindən xəstəxanaya aparıblar.

Müsavat Partiyası tərəfdarlarının Xocalı faciəsinin qurbanlarının abidəsinə gül qoymağa imkan verilməyib foto Tofiq Yaqublu
Müsavat Partiyası tərəfdarlarının Xocalı faciəsinin qurbanlarının abidəsinə gül qoymağa imkan verilməyib foto Tofiq Yaqublu

Xalq Cəbhəsi Partiyasının və Milli Şuranın tərəfdarları insidentlə üzləşməsələr də anım mərasimində müxalifətə qarşı münasibəti pisləyiblər. Bu zaman onları drounla izləyiblər.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, faciə qurbanlarının abidəsini ziyarət edənlərə qarşı bu hərəkətlər `hakimiyyət üçün utanc` olmalıdır.

Müsavat Partiyasının başqanı Amerikanın Səsinə Xocalı faciəsi qurbanlarını ziyarət zamanı insidetndən danışır
please wait

No media source currently available

0:00 0:03:22 0:00

“Bizə sadəcə Xocalı abidəsinə gül qoymağa imkan vermədilər. Bu abidənin açılşında hakimiyyəti mən təmsil etmişəm. Həm 20 Yanvarda, həm Xocalı faciəsi günü bizi abidə önünə gül qoymağa imkan vermirlər. Biz burada başqa aksiya keçirmirik. Biz anım mərasimi keçiririk,” o qeyd edib.

Bizə sadəcə Xocalı abidəsinə gül qoymağa imkan vermədilər. Bu abidənin açılşında hakimiyyəti mən təmsil etmişəm.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Müsavat başqanı hesab edir ki, iqtidar belə hərkətlərlə faciəni unutdurmağa çalışır.

“Azərbaycan xalqı hakmiyyətin bu tipli davranışlarına baxmayaraq Xocalı faciəsini unutmayacaq. Xalqımız Xocalıdakı faciəni heç zaman unutmayacaq. Hökumət xalqı bölməyə, ayırmağa çalışsa da Azərbaycan xalqı birləşərək demokratik dövlət yaradacaq və Xocalı faciəsini törədənləri cəzalandıracaq,” Müsavat başqanı qeyd edib.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər baş verənləri `biabırçılıq` adlandırıb.

“Xocalı faciəsi günü hakimiyyətin belə biabırçı işlər görməsi, onların xalqla birgə olmamasını göstərir,” İsa Qəmbər qeyd edib.

İqtisadiyyat inhisarda, siyasət inhisarda, media inhisarda, indi də abidələri inhisara alırlar.
Əli Kərimli, AXCP sədri

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, iqtidar anım mərasimlərini də monpoliyaya alıb. Bundan öncə, 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsini anım mərasimində Milli Şura tərəfdarları ilə insident zamanı çoxsaylı insan saxlanılıb, inzibati həbslər olub.

“Bu da monpoliyadır. İqtisadiyyat inhisarda, siyasət inhisarda, media inhisarda, indi də abidələri inhisara alırlar.”

Milli Şuranın tərəfdarları Xocalı faciəsinin qurbanlarının anır
Milli Şuranın tərəfdarları Xocalı faciəsinin qurbanlarının anır

AXCP sədri faciənin ümummilli məsələ olduğunu bildirib.

“Yolları bağlayıblar, bura gəlib çıxana kimi neçə dəfə yol dəyişdik. Əgər düşünürlərsə ki, bununla xaqlın rəğbətini qazana bilərlər, belə hərəkətlərlə xalqın rəğbətini yox, nifrətini qazanmaq olar.”

Kərimli hesab edir ki, iqtidarın bu hərəkətlərinə baxmayaraq Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq, qisasını alacaq.

“Ən yaxşı qisas indi tapdaq altında olan torpaqlarda Azərbaycan bayağını ucaltmaqdır,” o qeyd edib.

Xocalı faciəsi ilə bağlı yürüş keçirilib.
Xocalı faciəsi ilə bağlı yürüş keçirilib.

Bununla yanaşı, iqtidar bu gün Xocalı faciəsi ilə bağlı yürüş keçirib. On minlərlə insanın iştirak etdiyi yürüş Azadlıq meydanından başalayaraq Xətai rayonu ərazisindəki “Ana fəryadı” abidəsinədək olan bir kilometr yarım məsafəni əhatə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanatında deyilir ki, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

“1991-ci ilin oktyabrından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib,” sənəddə qeyd edilir.

Xocalı faciəsi zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.
Xarici İşlər Nazirliyinin bəyanatından

Bəyanatda deyilir ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.

“Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” sənəddə deyilir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanatında deyilir ki, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

“1991-ci ilin oktyabrından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib,” sənəddə qeyd edilir.

Xocalı faciəsi
Xocalı faciəsi

Bəyanatda deyilir ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.

“Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” sənəddə deyilir.

Xocalı faciəsi
Xocalı faciəsi

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG