“Britaniya 'Azərbaycan pulyuyan maşını'na bağlı hesabı dondurur” başlıqlı məqalə Azərbaycanın bir sıra müxalifət liderlərinin hüquq-mühafizə orqanlarından faktlarla bağlı araşdırma aparması tələbini irəli sürməsinə səbəb olub.
Məqalədə deyilir ki, Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq çirkli pulyuma mexanizminə bağlı bank hesabını dondurub. Araşdırmaçı jurnalistlər pulların həmin sxem vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş əsas dörd saxta şirkət vasitəsilə yuyulduğunu üzə çıxarıblar.
Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) çərşənbə günü bildirdiyinə görə, Hesabın Dondurulması Orderi "Azərbaycan pulyuyan maşını" ilə əlaqədar ilk addımdır. Bu order təhqiqatçılara şübhəli hallarda hesabları dərhal dondurmağa imkan verir.
Cəmil Həsənli: "Hüquq-mühafizə orqanları transmilli maliyyə cinayəti haqqında susmaqda davam edir"
Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində yazır ki, Kemal Öksüzün (ABŞ vətəndaşı olan Kemal Öksüz ABŞ Konqresmenlərinin Azərbaycana səfrinin maliyyələşdirilməsində iştirak edib.
"Kemal Öksüz etiraf edib ki, pulları SOCAR verib. Öksüz Ermənistanda gizlənib və bu il Yerevanda həbs edilib-red) ifadəsinə əsasən ABŞ Ədliyyə Nazirliyinin Azərbaycan hakimiyyətini ifşa edən açıqlaması ilə eyni vaxtda, Britaniya hökuməti də rüsvayçı Azərbaycan "pulyuyan maşını" ilə bağlı olan hesabları dondurdu. Bu hesabların içində ölkənin müdafiəsi üçün ayrılmış
Bu hesabların içində ölkənin müdafiəsi üçün ayrılmış büdcə vəsaitləri də vardır.Cəmil Həsənli
büdcə vəsaitləri də vardır. Qəribəsi budur ki, ölkənin hüquq mühafizə orqanları, korrupsiyaya qarşı çeşidli komissiya və komitələri bütün dünyaya yayılmış bu transmilli maliyyə cinayəti haqqında susmaqda davam edir. Nə əcəb, cənab Əliyev ölkəni alçaldan, onun müdafiə qabiliyyətinə ağır zərbə vuran 3 milyard dollarlıq oğurluq faktının araşdırılmasını Qaralov demiş "şəxsi nəzarətinə" götürmür?”, Həsənli sual edir.
Əli Kərimli: "Deyirdik axı, ... sona qədər yeyə bilməyəcəksiniz"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli facebook səhifəsində yazır ki, rejim başçılarının bir neçə milyard dollarlıq sərvətinə əl qoyuldu.
“Yadınızdadır, ötən il bu vaxtlar “talana, korrupsiyaya son!” tələbilə mitinqlər keçirirdik? Həmin vaxt jurnalistlər üzə çıxarmışdı ki, Azərbaycan "pulyuyan maşını" vasitəsilə xalqdan, o cümlədən Müdafiə və Müdafiə Sənayesi nazirliklərindən oğurlanmış 2.9 milyard dollar pul Londondakı 4 şirkətin hesabına köçürülüb. Təqribən bir il davam edən araşdırmadan sonra təhqiqatçılar həmin hesabları dondurublar”.
Müdafiə sahəsindən oğurlanmış 2.9 milyard dollar pul Londondakı 4 şirkətin hesabına köçürülüb.Əli Kərimli
Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) bildirib ki, Hesabın Dondurulması Orderi "Azərbaycan pulyuyan maşını ilə əlaqədar” ilk addımdır. Bu order təhqiqatçılara şübhəli hallarda hesabları dərhal dondurmağa imkan verir. Araşdırmalar davam edəcək.
“Deyirdik axı, xalqın, şəhidin, qazinin, işsizin, əlilin, uşağın malını sona qədər yeyə bilməyəcəksiniz”, Kərimli yazır.
Arif Hacılı: "Azərbaycan korrupsiya ölkəsi kimi tanınır"
Müsavat Partiyasının başqanı Arif Hacılı təəssüflə bildirir ki, son illərdə müzakirəyə çıxan əksər korrupsiya qalmaqallarında Azərbaycanın adı hallanır.
“İndi bütün dünyada Azərbaycan korrupsiya, rüşvətxorluq ölkəsi kimi tanınır. Bu səbəbdən iqtisadiyyatımıza qoyulan investisiyaların miqyası azalır. Böyük şirkətlər Azərbaycanı tərk edir. Bir tərəfdən xalqımızın sərvətləri talan edilir, digər tərəfdən də iqtidar sahiblərinin bu davranışlarına görə bütün dünyada mənfi imicimiz formalaşır. Xalqımız da, dövlətimiz də nüfuzdan düşür ki, bu da Qarabağ problemi də daxil olmaqla bütün problemlərimizin həllini çətinləşdirir. Azərbaycan indi həm investisiya qoyuluşu, həm də turizm baxımından cəlbedici ölkə deyil”, Hacılı Amerikanın Səsinə deyib.
İlqar Məmmədov: "İşin detalları məlum deyil"
REAL Partiyasının sədri İlqar Məmmədovun fikrincə, “Azərbaycan Landromatı” adlı qalmaqal ilə əlaqəli bank hesabının Böyük Britaniya dövləti tərəfindən bloklanması xəbəri hələ yeni bir şey söyləmir.
“Bir müddət əvvəl London, Azərbaycan Beynəlxalq Bankının korrupsiya ittihamı ilə Azərbaycanda həbsdə yatan başçısının həyat yoldaşına qarşı bəzi müsadirə və məhdudlaşdırıcı ölçülər götürmüşdü. Onda bir sıra beynəlxalq müşahidəçilər Britaniya anti-korrupsiya qanunvericiliyinin təkcə öz ölkələrində artıq cəzalandırılmış şəxslərə deyil, həm də hakimiyyətdə olanlara qarşı tətbiqinin vacibliyindən danışdılar. Ola bilər sözügedən bank hesabının dondurulması Böyük Britaniyanın bu tənqidlərə cavab vermək cəhdidir. Lakin işin detalları məlum deyil, bu hesabda nə qədər pulun qaldığına dair də məlumat yoxdur. Odur ki, bu xəbər bizə çox da yeni bir şey söyləmir”, Məmmədov Amerikanın Səsinə deyib.
Öz növbəsində, hüqüq mühafizə orqanlarından sadalanan faktlarla bağlı araşdrıma aparılıb-aparılmaması barədə məlumat almaq mümkün olmayıb.