Accessibility links

Məhsa Mehdili: Zəhra Nəvidpur yeni bir yol başlatdı


Zəhra Nəvidpur
Zəhra Nəvidpur

Zəhra Nəvidpur yaşadığı bağlı mühit və İran hakimiyyətinin yaratdığı şəraitə rəğmən məruz qaldığı haqsızlıq qarşısında susmadı. Öz canı bahasına olsa da təcavüz olayını səsləndirdi,” qadın hüquqları fəalı Məhsa Mehdili Amerikanın Səsinə müsahibədə söyləyir.

Məhsa Mehdili: Zəhra Nəvidpur yeni bir yol başlatdı
please wait

No media source currently available

0:00 0:14:35 0:00

Məhsa Mehdili bir müddət öncə millət vəkili Salman Xudadadinin təcavüzünə uğradığını söyləyən və bu günlərdə gözlənilməz ölüm xəbəri ilə İran Azərbaycanında gündəmdə olan Zəhra Nəvidpurun bir cəsarət simvolu olduğunu vurğulayır.

Məhsa Mehdili
Məhsa Mehdili

Yanvarın 6-da Şərqi Azərbaycan vilayətində 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü geniş əks-səda doğurdu. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkəndi) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Minlərlə qadın fərqli şəkillərdə cinsi istismara məruz qalır, amma susurlar. Yəni mühit və şərait onları susmağa məhkum edir. Zəhra Nəvidpur amma tabu sındıran, qorxuları sındıran bir qız oldu.

Məhsa Mehdili Zəhranın səssiz qalmayaraq toplumda yerləşmiş ənənələrin əksinə hərəkət etdiyini önə çəkir.

“Güney Azərbaycanda və ümumiyyətlə İranda minlərlə qadın fərqli şəkillərdə cinsi istismara məruz qalırlar, amma susurlar. Yəni mühit və şərait onları susmağa məhkum edir. Zəhra Nəvidpur amma tabu sındıran, qorxuları sındıran bir qız oldu,” deyə türk fəal qeyd edir.

O, Zəhra Nəvidpurun bu mənada bir cəsarət simvolu olduğunu vurğulayır:

“Yaşadığı kiçik mühitin şəraitini, həmçinin İran hakimiyyətinin yaratdığı vəziyyəti də nəzərə alsaq, elə bir şəraitdə olan bir qız o növ haqsızlığa məruz qalır və susmur. Canı bahasına olsa da, bunu dəfələrlə dilə gətirir... Zəhra Nəvidpur bir simvoldur. O, önəmli bir cəsarət simvoludur. Qarşısındakı qüvvə kim olur olsun, təcavüz olayını dilə gətirdi və səsləndirdi.”

Zəhra Nəvidpur olayında baxışların biraz dəyişdiyini gördük. Gördük ki, bu dəfə toplum suçu təcavüzə uğrayanın üzərinə atmadı...

Məhsa Mehdilinin sözlərinə görə, “İranda təcavüzçü etdiyi işdən utanmır. Əksinə təcüvüzün qurbanı olan, əziyyətə uğrayan, istər uşaq ya böyük ya qadın olsun, susmağa məhkum olur... Erkəklər üçün əxlaq təriflənməyib. Əxlaq sadəcə qadınlar üçün təriflənir. Erkək əxlaqsızlıq edəndə, yanlış bir hərəkəti olanda, cinsi istismara keçəndə, çox üstünə gedilmir. İstismara məruz qalan qadın əxlaqsız sayılır.”

Məhsa Mehdili hesab edir ki, gənc qadının ölümü toplumdakı baxışları az da olsa dəyişdirib.

“Zəhra Nəvidpur olayında baxışların biraz dəyişdiyini gördük. Gördük ki, bu dəfə toplum suçu təcavüzə uğrayanın üzərinə atmadı,” deyə türk fəal Nəvidpurun ölümündən sonra təşkil edilən #MeToo (#MənDə) kampaniyasına diqqət çəkir:

“Türklər, xüsusilə ictimai fəallar #MeToo-nun türkcəsi olan #MənDə haştağı ilə yazmağa başlayıblar. Mən bu haştağa baxanda gördüm ki, bu qadının acı ölümü bir oyanışa səbəb olmuş. İnsanları özünə gətirmiş ki, əgər siz də cinsi istismara məruz qalmışsınız, bunu dilə gətirin. Hətta mən gördüm ki, erkəklər də yazırlar. Zəhra Nəvidpur bu yolu başlatmış oldu...”

Məhsa Mehdili həmçinin İranda qadına olan hakim baxış haqqında danışır.

İranda qadınları hicaba təşviq edən bir afişa: Hicabsız qadın kağızı açılmış və milçəkləri çəkən şokolad kimi təsvir edilib.
İranda qadınları hicaba təşviq edən bir afişa: Hicabsız qadın kağızı açılmış və milçəkləri çəkən şokolad kimi təsvir edilib.

​“İrana hakim olan sistem zatən qadına qarşıdır. Qadını bir cinsi obyekt kimi görür. Hökümət hicab təbliğatı üçün asdığı plakatlarda, qadını şokolada və kişiləri milçəyə, böcəyə oxşadır. Bunu millətə təlqin edir ki, qadın bir cinsi obyektdir, çəkiləcəkdir yuvasına, özünü göstərməyəcək, etiraz etməyəcək və danışmayacaq..,” Məhsa Mehdili bildirir.

XS
SM
MD
LG