Accessibility links

Mərmi partlaması nəticəsində ölənlər olub


Cəbhədə mina partlayıb
Cəbhədə mina partlayıb

Martın 13-də Xızı rayonunun Giləzi kəndi (Bakıdan 72 kilometr şimal) ərazısində partlayan mərminin insan itkisinə səbəb olduğu bildirilir.

Meydan.tv saytının məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb. Baş vermiş hadisə barədə ölkə ictimaiyyətinə hər hansı məlumat verilməyib.

Saytın müxbiri Giləzi kəndinə olub. Yerli sakinlər bildirib ki, hadisə nəticəsində həyatını itirənlərdən biri 1994-cü il təvəllüdlü Abdulla Əsəd oğlu Abdullayevdir. Müxbir həmin şəxsin yas mərasiminin keçirildiyini də görüb.

İş yeri olsaydı, getməzdilər ora. Bakının kəndlərindən, Dəvəçidən gələnlər var. Qazıb dəmir çıxarmaq istəyərkən partlayıb uşaq. Demə altında bomba varmış.
Yerli sakin

Abdullayevin yaxınları bu barədə çəkiliş aparılmasına və məqalə hazırlanmasına icazə verməyib. Ancaq onlar adlarının açıqlanmaması şərtilə hadisə haqqında danışıblar. Bildiriblər ki, olayla bağlı ictimaiyyətə məlumat vermələri qadağan olunub.

Sakinlər bildiriblər ki, insanlar hərbi hissəsinin yerləşdiyi ərazidə və ətrafda istifadəsiz qalmış metal parçalarını toplayaraq satır.

“Cavandır də, heç bir iş yeri yoxdur. Hamısı 5-10 manat pul qazanmaq üçün dəmir yığmağa gedib. İş yeri olsaydı, getməzdilər ora. Bakının kəndlərindən, Dəvəçidən gələnlər var. Qazıb dəmir çıxarmaq istəyərkən partlayıb uşaq. Demə altında bomba varmış,” Abdullayevin qohumlarından biri deyib.

Meydan.tv saytının məlumatda qeyd olunanlar, partlayışın olması və insan tələfarı ilə bağlı rəsmi qurumlardan hələ açıqlama almaq mümkün olmayıb.

ANAMA mtəxəssisləri Xızıda hərbi sursat təmizləyərkən
ANAMA mtəxəssisləri Xızıda hərbi sursat təmizləyərkən

Bununla yanaşı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ancaq yerüstü təmizləmə əməliyyatı keçirdiyini bildirib.

“Biz yeraltı əməliyyat aparmamışıq. Hökumətin tapşırığı əsasında işləyirik. Nə tapşırıq veriblərsə, onu da yerinə yetirmişik. Hərbi hissənin bizə heç bir aidiyyatı yoxdur”, - qurumun ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Səbinə Sərkərova deyir.

Onun sözlərinə görə, agentliyin həmin ərazidə əməliyyat keçirdiyi vaxtlarda hər hansı şəxs zərər çəkməyib.

2017-ci il avqustun 27-də Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış nəticəsində on minlərlə hərbi sursat kilometrlərlə radiusda ətrafa yayılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatları nəticəsində əlli mindən çox partlamış və partlamamış hərbi sursat götürülüb.

Müşahidələrə görə, ərazidə hərbi sursat və onların qalırları hələ qalmaqdadır. Yerli sakinlər hərbi sursatların su hövzələrinə də səpələndiyini bildirib.

Rəsmi məlumatlara görə, 1991-ci ildən 2018-ci ilədək Azərbaycanda partlamamış hərbi sursatlar, mina partlayışları nəticəsində 532 nəfər həlak olub, 2400-dən çox insan müxtəlif xəsarətlər alıb.

XS
SM
MD
LG