Accessibility links

Macarlar Pegasus casus proqramına etiraz edir


Təxminən 1000 macarıstanlı hökumətin Macarıstandakı ictimai xadimlərə qanunsuz casusluq etmək üçün İsrail istehsalı Pegasus casus proqramından istifadə etdiyi iddialarına etiraz olaraq iyulun 26-da Budapeşt küçələrinə çıxıb.

Ölkənin kommunist keçmişi ilə müqayisə aparan nümayişçilər paytaxtdakı nasizm və kommunizm qurbanlarının xatirəsini yad edən “Terror Evi” muzeyinə toplaşıblar. Daha sonra Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fides partiyasının qərargahına yürüş ediblər və orada “Qalib!” şüarı səsləndiriblər.

Macarıstan hökuməti qanunun aliliyi və demokratiya mövzularında Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə ziddiyyətli baxışa malikdir.

Macarıstanın kəşfiyyat məlumatlarının toplanmasının qanuni bir şəkildə aparıldığını deməkdən başqa casus proqramın istifadəsi ilə bağlı iddialara münasibət bildirməyib.

17 beynəlxalq media qurumu və Amnesty International qrupunun bu ay hazırladığı bir hesabatda İsrailin NSO Group şirkəti tərəfindən hazırlanan və lisenziyalaşdırılan Pegasus casus proqramından bir neçə ölkədə jurnalistlərə, insan haqları fəallarına və dövlət məmurlarına məxsus smartfonları izləmə cəhdində istifadə edildiyi bildirilib.

Bu araşdırma nəticəsində ən azı 10 vəkil və 5 jurnalist daxil olmaqla Macarıstandakı 300-ə yaxın şəxsin rəqəmsal cihazlarının casus proqram tərəfindən hədəf alındığı qənaətinə gəlinib.

XS
SM
MD
LG