Accessibility links

Macarıstanın hakim partiyası yeni anti-mühacir qanunlar qəbul etməyi planlaşdırır


Macarıstanın hakim partiyası bildirir ki, hökümət ictimai qrupların mühacirlərə yardım imkanlarını məhdudlaşdırmaq üzərində düşünür. Bu bəyanat Macarıstan baş naziri Viktor Orbanın seçkilərdə anti-mühacir platforması ilə böyük üstünlüklə qalib gəlməsindən sonra verilib.

Fidesz partiyasından olan rəsmilər deyir ki, may ayında yenində toplanacaq parlamentin iclası zamanı mühacirlərə və qaçqınlara yardım edən hüquq müdafiəçilərini hədəfə alan yeni qanunların qəbulu istiqamətinə çalışacaqlar.

Macarıstanın vətəndaş azadlıqları qruplarından birinin rəhbəri hökümətlə sərt mübarizə olacağını ehtimal edir.

Macarıstan Vətəndaş Azadlıqları İttifaqının icraçı direktoru, Stefania Karpontzay: “Düşünmürəm ki, qarşımızda olan iki il asan olacaq və inanıram ki, indiki hökümət bizim işimizin nəticəsini minimallaşdırmaq üçün əlindən gələni edəcək. Lakin insan hüquqları bir ideyadır və ləğv edilməsi mümkün deyil.”

Orbanın Fidesz partiyası mühacirlərə yardım edən ictimai qruplardan əməliyyat aparmaqdan öncə Daxili İşlər Nazirliyindən təsdiq alınmasını tələb etmək və aldıqları xarici ianələrə 25 faiz vergi tətbiq etmək niyyətindədir.

Macarıstan sərhəddə çəpərlər çəkib və ölkənin Qərbi Avropaya yola düşən Suriya və Əfqanıstan kimi ölkələrdən gələn mühacirlərin marşrutu olmasının qarşısını alan qanun qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG