Accessibility links

Macarıstanda sovet rejiminə qarşı üsyanın 60 illiyi tamam olur


Oktyabrın 23-də Macarıstanda tələbələr və fəhlələrin Sovet İttifaqı tərəfdarı hökumət əleyhinə kütləvi çıxışlarının başlamasının 60 ili tamam olur. Etirazlar noyabrın 10-a qədər müddət ərzində sovet ordusu tərəfindən qəddarcasına yatırılıb. Macarıstan tərəfdən itkilərin 2500 nəfərdən 3000 min nəfərə qədər ölən və 13 min yaralanandan ibarət olduğu haqda məlumat verilib. Sovet İttifaqı tərəfdən ölənlərin 720 nəfər, yaralananların isə 1500 nəfər təşkil etdiyi bildirilib.

Etirazlar Budapeştdə minlərlə paytaxt sakinin də iştirak etdiyi tələbə nümayişləri ilə başlamışdı. Sonradan bütünölkəni bürümüş nümayişlər hökumətin çökməsi ilə nəticələnmişdi.

Kommunist partiyasında islahatlar tərəfdarı olan İmde Nadın başçılıq etdiyi yeni hökumət noyabrın 1-də Macarıstanın Varşava Müqaviləsindən çıxması haqda qərar qəbul etdi və ölkənin suverenliyinin müdafiəsində kömək üçün BMT-yə müraciət etdi. Noyabrın 4-də Sovet İttfaqı qəhrəmanı marşal Georgi Jukovun komandanlığı ilə sovet ordusu "Vixr" əməliyyatına başladı. Noyabrın 8-də üsyançıların bütün müqavimət mərkəzləri yatırıldı. Yuqoslaviya səfiriyində sığınan İmre Nad və onun hökumətinin üzvləri aldadılaraq oradan çıxarılıb, nəzarət altında Rumıniyaya aparıldı. Bundan sonra onlar Macarıstana qaytarılaraq, məhkəmə qarşısına çıxarıldı və 1958-ci ildə edam edildi.

Macarıstanda kommunist rejiminin süqutundan sonra 1989-cu ildə İmre Nada milli qəhrəman adı verilib.

Macarıstanda 1956-cı il üsyanının 60 illiyi sovet işğalna qarşı hərəkatın ildğnümü kimi milli bayram olaraq qeyd edilir. Bu gün Avropada kommunist ideologiyasına malik heç bir dövlətin mövcud olmadığı müasir dövrdə hadisələrin dərsləri və tarixi əhəmiyyəti vurğulanır.

Rusiya mətbuatının bildirdiyinə görə, "Levada" mərkəzinin keçirdiyi sorğu rusların yarıdan çoxunun bu gün Macarıstan üsyanı haqda məlumatının olmadığını göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG