Macarıstanın xarici işlər naziri hökümətinin irqçi olduğuna dair itthamları rədd edir, eyni zamanda çoxmədəniyyətli cəmiyyətin homogen cəmiyyətdən daha yaxşı olduğuna dair fikri qəbul etmədiyini bildirib.
Macarıstan xarici işlər naziri Piter Siyyarto çərşənbə günü Birləşmiş Millətlər Təşkilatında Amerikanın Səsinə bildirib ki, onun ölkəsi multikulturalizmin bir dəyər olduğunu qəbul etmir.
“Məsələn biz multikulturalizmin homogen cəmiyyətdən daha yaxşı olacağını qəbul etmirik. Biz düşünürük ki, nəyin dəyərli olduğunu cəmiyyət özü seçməlidir,” o deyib.
Nazir həmçinin əlavə edib ki, “Macarıstan 1100 ildir homogen macar xristian cəmiyyətdir” və onlar için “dəyər” də məhz budur.
Onun bu sözləri ötən ay BMT-nin ali komissarının insan haqları ilə bağlı şərhlərə cavab idi. Belə ki, ali komissar Macarıstan baş naziri Viktor Orbanı “irqçi,” “xuliqan” və “ksenofob” olmaqda günahlandırıb, çünki Orban Macarıstanın “çoxrəngli” olmağını istəmədiyini deyib.
Avropa ölkələrində keçirilən son bir neçə seçkidə miqrasiya əsas məsələ olub. Onlardan biri də Macarıstandır. Belə ki, bazar günü orada ümummilli seçki keçiriləcək. Səsvermə nəticəsində Orban və onun sağçı Fidesz partiyasının böyük səs fərqli ilə qalib gələrək, hakimiyyətdə qalacağı gözlənilir.