Accessibility links

Macarıstan prezidenti istefa verdi


Plagiatlıq ittihamı ilə altında doktorluq dərəcəsindən məhrum edilən Macarıstan prezidenti Pal Şmit istefa verib. 2010-cu ildə səsvermə yolu ilə prezident seçilən cənab Şmit şəxsi həyatı ilə bağlı məsələnin onun xalqını birləşdirmədiyini, əksinə, parçaladığına görə istefa verdiyini deyib.

Keçən həftə Budapeştin Semmelveis universiteti Pal Smitin doktroluq dərəcəsini 1992-ci ildə müasir Olimpiya Oyunları ilə bağlı müdafiə etdiyi dessertasiyasının böyük hissəsinin başqa müəlliflərin işlərindən oğurladığını deyərək ləğv etdi.

Pal Şmit 1968-ci və 1972-ci illərdə keçirilən Olimpiya oyunları zamanı qılıncoynatma üzrə qızıl medal almışdı.

XS
SM
MD
LG