Birləşmiş Ştatların nüfuzlu senatoru Con Makkeyn prezident Bəşar Əl-Əsədi devirmək üçün iki ildir mübarizə aparan üsyançılarla görüşmək üçün Suriyaya səfər edib.
Cənab Makkeynin yardımçılarının bildirdiyinə görə, senator Türkiyədən Suriyaya keçmiş və bazar ertəsi üsyançılara rəhbərlik edən general Salam İdrislə bir neçə saat müzakirə aparıb. Müxalif "Suriya Milli Şurası"-nın sözçüsü Makkeynin səfərinin əhəmiyyətli olduğunu deyib.
Senator Makkeyn 2011-ci il mart ayından, üsyançıların prezident Əsədə qarşı mübarizənin başlamasından bəri Suriyaya səfər edən ABŞ-ın ilk yüksək səviyyəli rəsmisidir.