Accessibility links

Makron Çin prezidentini Ukrayna sülh danışıqlarına yardım etməyə çağırıb


Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpini Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün Çinin Rusiya ilə münasibətindən istifadə etməyə çağırıb.

Si ilə cümə axşamı Pekində görüşən Makron Rusiyanın Ukraynaya təcavüzünün beynəlxalq sabitliyə zərər verdiyini deyib.

"Mən sizin Rusiyanı yenidən ağla gətirə və hamını danışıqlar masasına qaytara biləcəyinizə görə sizə arxalana bilərəm" , Makron deyib.

Çin Ukrayna üçün bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması çağırışını ehtiva edən çoxhissəli sülh planı təklif etsə də, Rusiyanı qüvvələrini Ukraynadan çıxarmağa çağırmayıb.

Ukrayna sülh danışıqlarına yalnız Rusiyanın bütün ordusunu geri çəkəcəyi təqdirdə gedəcəyinii bildirib, Rusiya isə Ukraynanın Rusiyanın ilhaq etdiyini iddia etdiyi əraziləri tanımasında israr edir.

Çin prezidenti Si Cinpin keçən ay Rusiya lideri Vladimir Putinlə görüşmək, Ukraynadakı müharibəni müzakirə və sülh planını təqdim etmək üçün Moskvaya üç günlük rəsmi səfər edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG