Accessibility links

Bayden və dünya liderləri Madelin Olbraytın xatirəsini anıb


Dünya liderləri, ABŞ-ın siyasi və xarici siyasət elitası çərşənbə günü Avropadakı müharibədən uşaq ikən qaçqan və Amerikanın ilk qadın dövlət katibi vəzifəsinə yüksələn mərhum Madlen Olbraytın xatirəsini anıb.

Prezident Co Baydenlə birlikdə mərasimdə keçmiş prezidentlər Barak Obama və Olbraytı özünün ən yüksək səviyyəli diplomatı və ABŞ tarixində ən yüksək rütbəyə seçən Bill Klinton da iştirak edib. Onun xatirəsini anmaq üçün Vaşintonun Milli Katedralına 1400-ə qədər insan toplanıb.

84 yaşlı Olbrayt keçən ay xərçəng xəstəliyindən vəfat edib və dünyanın hər yerindən başsağlığı mesajlarına səbəb olub ki, bu da onun demokratiya və insan haqlarına dəstəyini yüksək qiymətləndirilməsi demək olub.

Mərasimdə hazırkı və keçmiş prezidentlərdən başqa, onun dövlət katibi kimi ən azı üç varisi, hazırkı və keçmiş Nazirlər Kabineti üzvləri, xarici diplomatlar, qanunvericilər və onu tanıyan bir sıra digər şəxslər iştirak edib.

Olbraytın xatirəsini ehtiramla yad edən Bayden onun adının Amerikanın "dünyada yaxşılığın gücü" olmasının sinonimi olduğunu deyib.

"XX və XXI əsrdə azadlığın Madlen Korbel Olbraytdan daha böyük çempionu olmayıb. Bu gün biz hamımızı amerikalı olmaqda qürurlandıran bir amerikalının xatirəsini anırıq"- deyə, Bayden bildirib.

Klinton və keçmiş dövlət katibi Hillari Klinton, hazırkı dövlət katibi Antoni Blinken, keçmiş dövlət katibləri Kondoliza Rays və Con Kerrinin də nitq söyləmələri planlaşdırılıb.

İştirak edəcəyi gözlənilən digər yüksək səviyyəli hazırkı məmurlar arasında müdafiə naziri Lloyd Ostin, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Bill Borns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley və Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da olub.

Dəfn mərasiminə dəvət edilən xarici dövlət rəsmiləri arasında Gürcüstan və Kosovo prezidentləri, Kolumbiya, Bosniya və Çexiyadan yüksək vəzifəli şəxslər də var idi.

Madlen Olbrayt o vaxtkı Çexoslovakiyada anadan olub. Lakin ailəsi iki dəfə, əvvəlcə nasistlərdən, sonra isə Sovet hakimiyyətindən qaçıb. Sonda onlar ABŞ-a gəlib. Burada o, Vellsli Kollecində oxuyub və Demokrat Partiyasının xarici siyasət dairələri sıralarına yüksəlib və Birləşmiş Millətlər Təşkilatında səfir olub. 1996-cı ildə Bill Klinton onu ikinci müddətə dövlət katibi seçib.

XS
SM
MD
LG