Accessibility links

Madrid Kataloniyanın idarəçiliyini əlinə ala bilər


İspaniyanın baş naziri Mariano Rajoy ölkənin təlatümlü Kataloniya regionunun yarı-muxtar statusunu dayandırmaq və parlamentini bağlamaq hüququna işarə edib. Beləliklə o, vətəndaş müharibəsi və 4 il əvvəlki çevriliş cəhdindən sonra yaşanan siyasi böhranın dərinləşməsi riskini aradan qaldırmağa çalışır.

İspaniya lideri Kataloniya separatçılarından bəyanatlarına aydınlıq gətirmələrini istəyib. Başqa sözlə, müstəqilliklərini elan etmək və bunun Madridlə müzakirələrin nəticələri əldə edilənədək həyata tətbiq etməmək.

Rajoy bildirib ki, aydınlıq gətirilməsi onu Kataloniyanın statusunu ləğv edib, parlamentin işini dayandırmasından çəkindirə bilər.

Konstitusiyanın 155-ci maddəsinə görə baş nazir regionun nəzarətini tam şəkildə Madridə verə bilər.

Regionun prezidenti Çarlz Puqdemon və digər ayrılıq tərəfdarı liderlər hökumət və məhkəmələrin qeyri-qanuni adlandırdığı müstəqilliyin elan ediləcəyinə and içib.

Çarlz Puqdemon parlamentdəki 40 dəqiqəlik çıxışından sonra özünüidarəçiliklə bağlı qətnaməyə imza atıb.

XS
SM
MD
LG