Accessibility links

Maduro ikincə dəfə Venesuela prezidenti seçildi


Venesuelanın hazırkı prezidenti Nikolas Maduro bazar günü keçirilən seçkilərdən sonra ikici dəfə altı illik prezidentlik müddətinə seçildi.

Müxalifət seçkiləri dikatorun “tacqoyma” mərasimi adlandıraraq, boykot elan edib. Beynəlxalq ictimaiyyət isə seçkilərlə bağlı tənqidlərini ifadə edib.

55 yaşlı keçmiş avtobus sürücüsü Maduronun qələbəsi Venesuelada dərinləşən böhran fonunda baş verib. Böhran nəticəsində ölkədə ərzaq qıtlığı yaranıb, inflasiya səviyyəsi sürətlə artıb və neft istehsalı aşağı düşüb.

Maduro ölkə paytaxtı Karakasda bayram edən dəstəkçilərinə “tarixi nəticə” əldə etdiklərini bildirib.

Maduronun əsas rəqibi keçmiş qubernator Henri Falkon idi. Lakin seçki yarışında Maduro əleyhinə ikinci namizəd, yevangelist keşiş Havyer Bartuççinin iştirakı Falkonun şanslarını xeyli zəiflətdi.

Bazar günü çıxış edən Falkon bildirib ki, onlar seçki prosesinin legitimliyini tanımırlar: “Bu, seçki deyildi. Biz Venesuelada yeni seçkilər keçirməliyik.”

Bertuççi də yeni seçkilər çağırışı edib.

Maduronun qələbəsi ölkəyə qarşı daha çox sanksiyanın tətbiq edilməsinə səbəb ola bilər. Buraya ABŞ hökumətinin tətbiq edə biləcəyi neft sanksiyaları da daxildir. Avropa İttifaqı və Latın Amerikası ölkələri sanksiyalara qoşula bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert bazar günü keçirilən seçkilərin legitim olmadığını bildirib: “Birləşmiş Ştatlar bütün dünyanın demokratik xalqları ilə birlikdə Venesuela xalqını və onların nümayəndələrini azad və ədalətçi seçkilərlə seçmək kimi suveren hüququnu dəstəkləyir.”

Özünü Uqo Çavezin oğlu adlandıran Maduro şənbə günü deyib ki, o, sosializmi məhv etmək və ölkənin neft sərvətini əlindən almaq istəyən “imperialist” ABŞ-a qarşı mübarizə aparır.

Cümə günü Tramp administrasiyası Maduronun əsas müttəfiqlərindən biri olan sosialist partiyasının rəhbəri Diosdado Kabellonu narkotik maddələrin daşınmasında, o cümlədən mənimsəmədə ittiham edərək, onu maliyyə sanksiyaları tətbiq edilən rəsmilərin siyahısına əlavə edib.

Maduronun rəqibləri deyirlər ki, solçu lider vaxtılə zəngin iqtisadiyyata malik olan Venesuelanı məhv edib. Rəy sorğuları cəmiyyətin böyük əksəriyyətinin artan problemlərə görə Maduronu günahlandırdığını göstərir.

Son illərdə 1 milyondan çox venesuelalı daha yaxşı həyat üçün ölkəni tərk edib. Ölkədə qalanlar isə subsidiyalaşdırılmış ərzaq üçün saatlarla növbədə dayanmalı olur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG