Accessibility links

Venesuela prezidenti yeni konstitusiyaya dair səsvermələrlə irəliləyəcəyini vəd edib


Venesuela prezidenti Nikolas Maduro, hakimiyyəti əleyhinə zorakı etiraz aksiyaları daha da gücləndiyi bir vaxt yeni konstitusiyaya dair keçirilən səsvermələrlə irəliləyəcəyini vəd edib.

Dünən Maduronun planının əleyhinə bütün günü davam edən nümayişlər polislə qarşıdurmaya gətirib çıxarıb.

Ötən dörd ay ərzində hökumət əleyhinə nümayişlərdə 100-ə qədər insan ölüb.

Nümayişçilər Maduronun Venesuelanın siyasi sistemini dəyişəcək konstitusional məclis çağırması planını rədd edir.

Maduronun planı hakim partiyanı onun nəzarətindən kənarda olan az sayda müəssisələrə qarşı birləşdirəcək.

Müxalifət iyulun 30-u konstitusiya məclisinə üzv seçkilərinə dair keçirilən səsvermələri boykot edir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG