Accessibility links

Yuta ştatındakı magistral yolda iri yanğın baş verib


ABŞ qərbində yerləşən Yuta ştatının ən böyük avtomobil yollarından birində cümə axşamı dəhşətli hadisə baş verib. Bir neçə min litr benzin daşıyan yanacaq maşınının partlaması nəticəsində şiddətli yanğın olub.

Salt Leyk Siti şəhəri yaxınılığında yerləşən 15 nömrəli magistral yolun hər iki istiqamət üzrə bir neçə saatlıq bağlanması səbəbindən uzun tıxac yaranıb.

Polisin verdiyi məlumata görə, yük maşınının sürücüsü hadisədən zədə almadan xilas ola bilib.

Sürücü yanğının yük maşınının əyləcində yaranan alovlanmadan baş verdiyini zənn edir.

Polis hadisə ilə əlaqədar tədqiqatı davam etdirir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG