Accessibility links

Kanada polisi Montrealda qəddar qətl qurbanının qalqılarını aşkar edib


Kanadanın şərqindəki Montreal şəhərində polis tibbi ekspertizanın parkda aşkar edilmiş insan başının may ayında doğranılaraq öldürülmüş Çin universitetinin tələbəsinə mənsub olduğunu təsdiqləyib.

Montrealın Concordia universitetinin tələbəsi Cun Linin kəsilmiş başı, mərhumun kəsilmiş ayağı Kanadanın mühafizəkar partiyasının qərərgahına poçtla göndərildikdən bir ay sonra, bazar günü aşkar edilib. Bədənin başqa hissələri Kanadanın paytaxtı, Ottavada siyasətçilərə və Vankuverdə iki məktəbə göndərilib.
Luka Rokko Maqnotta
Luka Rokko Maqnotta


Cunun bədəni qətlə görə ittiham edilən Luka Rokko Maqnottanın Montreal şəhərinin kənarındakı mənzilində çemodandan tapılıb. Mərhumun başı aşkar edilməyən yeganə hissə idi. Təhqiqatçıların sözlərinə görə Maqnotta mərhumu doğrayarkən, seksual təhqirə məruz qoyarkən və bədən hissələrini yeyərkən özünü videoya çəkib və sonra internetə yerləşdirib. 29 yaşlı pornoqrafik film aktyoru Parisə, daha sonra isə Berlinə səyahət edib. Maqnotta ötən ay həbs edilərək Kanadaya ekstradisiya edilib.
XS
SM
MD
LG