Accessibility links

Mahmud Abbas sülh prosesinin bərpasına çağırır [Video]


Mahmud Abbas sülh prosesinin bərpasına çağırır
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Mahmud Abbas sülh prosesinin bərpasına çağırır

Fələstinli prezident Mahmud Abbas çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasında çıxış edib. O, gələn aylar ərzində beynəlxalq sülh konfransının təşkil olunmasına çağırıb. İsraillilər və fələstinlilər arasında danışıqlar illərdir dayandırılıb, gərginlik artır və bu yeni münaqişənin yaradacağına dair narahatlıqlara səbəb olur.

Biz xalqımızın azadlıq və müstəqilliyini təmin etmək üçün dərhal danışıqlara başlamaq istəyirik.
Mahmud Abbas

Prezident Mahmud Abbas çərşənbə axşamı BMT iclasında dayandırılan sülh prosesini yenidən başlatmağı təklif edib.

“Biz xalqımızın azadlıq və müstəqilliyini təmin etmək üçün dərhal danışıqlara başlamaq istəyirik,” o deyib.

Onun təklif etdiyi tədbirlərə İsrailin məskunlaşma fəaliyyətini dayandırılması və danışıqlar zamanı ABŞ-ın səfirliyini Tel Əvivdən Qüdsə köçürmək qərarının təxirə salınması daxildir.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli isə ABŞ-ın bu qərarı ilə bağlı geri addım atmayıb.

“Birləşmiş Ştatlar Fələstin rəhbərliyinin səfirliyimizi Qüdsə köçürmək qərarına qəzəbləndiyini bilir. Siz bu qərarı bəyənməyə məcbur deyilsiniz. Bunu alqışlamağa və hətta qəbul etməyə belə məcbur deyilsiniz. Amma bilməsiniz ki, bu qərar dəyişməyəcək,” deyə o bildirib.

Fələstinlilərin Vaşinqtonu qınamasına və ABŞ-ın danışıqlarda vasitəçi qismində iştirak etməsini rədd etməsinə baxmayaraq, Heyli onların bu yolla məqsədlərinə çata bilməyəcəklərinə dair xəbərdarlıq edib.

Mahmud Abbas
Mahmud Abbas

“Mən bu gün burada sülh naminə fələstin xalqına Birləşmiş Ştatların əlini uzadıram,” Heyli deyib.

Prezident Trampın kürəkəni, Ağ Evin Yaxın Şərqdəki sülh səylərinə başçılıq edən Cared Kuşner və onun xüsusi nümayəndəsi də çərşənbə axşamı keçirilən Təhlükəsizlik Şurası iclasında iştirak edib.

Mən bu gün burada sülh naminə fələstin xalqına Birləşmiş Ştatların əlini uzadıram.
Nikki Heyli

Vaşinqton özünün sülh planının olduğunu bildirsə də, planla bağlı heç bir detalı açıqlamayıb.

Bu arada isə, israillilər ilə fələstinlilər arasında gərginlik artır.

Şənbə günü Qəza ilə sərhəddə əldə düzəldilmiş partlayıcı cihaz dörd İsrail əsgərin yaralanmasına səbəb olub. İsrail buna cavab olaraq Həmas hədəflərinə hava hücumları edib, daha sonra isə fələstinlilər İsrailə iki raket atıb.

Bunlar isə sülh danışıqlarında bir irəliləyişə ehtiyacı daha da aktuallaşdırır.

XS
SM
MD
LG