Accessibility links

Mahmud Bilgin: Tehran Türkiyənin İran Azərbaycanında iqtisadi fəaliyyətini istəmir


Mahmud Bilgin
Mahmud Bilgin

Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə İran-Türkiyə münasibətlərini şərh edib. Bilgin deyir ki, İran Azərbaycanının Türkiyə ilə ticari və iqtisadi əlaqələrinin artması işsizliyin azalması və rifahın yaxşılaşmasına yol aça bilər, amma İran hakimiyyəti buna şərait yaratmır.

Mahmud Bilgin: İslam Respublikası Türkiyənin İran Azərbaycanında iqtisadi fəaliyyət göstərməsini istəmir
please wait

No media source currently available

0:00 0:15:56 0:00

Mahmud Bilgin hesab edir ki, indiyə qədər İran və Türkiyə maraqları Suriyada toqquşurdu, ancaq, hazırda əlavə olaraq Türkiyənin Qafqaz və Orta Asiyadakı nüfuzunun artaması İranın jeopolotik önəminin azalmasına səbəb olub.

İranlı müxaliflər arasında o aşırı farsçı qrupları çıxsaq ki, hər zaman Türkiyənin qarşısındadırlar, digərləri üst-üstə bunu anlayıb ki, Türkiyə həqiqətən İranın qarşısında durub.

“İranı əsas incidən Qarabağ məsələsi oldu. Yəni, 44 günlük ikinci Qarabağ savaşında İran strateji bir itki ilə üzbəüz oldu... Həm də Güney Azərbaycan məsələsi və İranda türklərin durumu Türkiyənin içində daha çox gündəmə gəlməsi İran üçün bir məğlubiyyət oldu,” siyasi fəal söyləyir.

Mahmud Bilgin həmçinin İranın kəşfiyyat nazirliyinə çalışan “Zindəşti çətəsinin” üzvlərinin Türkiyədə həbs edilməsinə diqqət çəkərək deyir ki, “Türkiyə [iranlı] ərəb fəal Həbib Kəəbin oğurlanmasını rəsmi şəkildə elan etdi və açıqladı ki, bu işin araxasında İran vardır ki, Zindəşti qrupunun vasitəsilə onu oğurlayıb. Zindəşti qrupu Sepaha çalışır və bunlar İraq, Türkiyə və Avrpada bəzi işlərə əl atırlar. Türkiyə həmçinin İranlı diplomatları tutdu ki, İranlı müxalif fəalların öldürülməsində əli var idi.”

O, İranlı fəallara təhdid təşkil edən qüvvələrin Türkiyədə aşkara çıxarılmasının İranlı müxalif qruplar tərəfindən də diqqətə alındığını ifadə edir:

“İranlı müxaliflər arasında o aşırı farsçı qrupları çıxsaq ki, hər zaman Türkiyənin qarşısındadırlar, digərləri üst-üstə bunu anlayıb ki, Türkiyə həqiqətən İranın qarşısında durub. Xalq arasında da Türkiyəyə sevgi artıb. Yəni bu televiziyalar və sosial media işini görür xalqın içində. Onlar iki sistemi də görür. Bir İran sistemini ki, demokratiyaya, azadlığa, hər şeyə qarşı olan və qorxu, edam içində olan bir hakimiyyətdir. Qarşısında Türkiyədir ki, seçimlər vardır, demokratiya üçün cəhdlər vardır. Partiyalar vardır. Söz azadlığı vardır. Milyonlar qaçqına qucağını açıb. Bunu müqayisə edirər İranda əfqanların vəziyyəti ilə. Bu Türkiyə üçün yumşaq gücə çevirilir.”

İran Azərbaycanında bəzi yerli siyasətçilər və millət vəkilləri Türkiyə ilə iqtisadi və ticari fəaliyyətlərin artmasını istəyirlər. Təbriz millət vəkili və Şərqi Azərbaycanın sabiq valisi Əhməd Əlirza Beygi keçən dekabr ayında Cavad Zərifin Türkiyə prezidenti Ərdoğanın Bakıda oxuduğu “Arazı Ayırdılar” şeirinə təpkisini tənqid edərək, Türkiyə ilə münasibətlərin pozulmamasını istəmişdi. Əlirza Beygi həmçinin xarici siyasətdə Təbrizə də rol verilməsini tələb etmişdi.

Mahmud Bilgin Əlirza Beygi kimi siyasətçilərin önə sürdüyü fikirlərin əməldə mümkün olmadığını vurğulayır.

İran hakimiyyətində əgər farsçılıq az olsaydı, desəydi ki, Azərbaycan da bizim vətənimiz sayılır, burada işsizlik azalsın və rifah çoxalsın buna icazə verərdi.

Bilginin sözlərinə görə, İran Azərbaycanda işsizlik yüksək həddədir. "Türkiyənin bu imkanları, turizm sektoru, habelə minlərlə tələbə ki gedir Türkiyədə təhsil alır, kadrlar yaranır, türk dilini öyrənir və elmi baxımdan inkişaf edirlər, bunlar hamısı bizə böyük bir gücdür. İran hakimiyyəti biraz mötədil olsaydı, bir az yumşaq olsaydı, fikirləşin ki, Türkiyənin İranda 35 milyon türkün içində geniş bazarı olardı. Özəlliklə Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətləri ilə Türkiyə vilayətlərinin iki tərəfli fəaliyyətləri yarana bilərdi. İran hakimiyyətində əgər farsçılıq az olsaydı, desəydi ki, Azərbaycan da bizim vətənimiz sayılır, burada işsizlik azalsın və rifah çoxalsın buna icazə verərdi. Amma belə işlər demokratik ölkələrdə olar. İran hakimiyyəti heç zaman qoymaz ki, bu iş elə ki, cənab Əlirza Beygi istəyir, irəliləsin,” Mahmud Bilgin əlavə edir.

XS
SM
MD
LG