Accessibility links

Meyn məhkəməsi Trampla bağlı qərarını ABŞ Ali Məhkəməsinin qərarı çıxana qədər təxirə salıb


Çərşənbə günü Meyn məhkəməsi ABŞ Ali Məhkəməsinin Kolorado ştatı ilə bağlı iş üzrə qərar çıxarmasından sonra ştatın yüksək səviyyəli seçki rəsmisinə keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyasının ilkin səsvermədə iştirakına qadağa qoyulması qərarına yenidən baxılmasını istəyib.

Ştat Ali Məhkəməsinin hakimi Mikaela Mörfi Ali Məhkəmənin Kolorado işinə baxılması qərarının "bu məsələlərin hansı qaydada və hansı məhkəmə tərəfindən həll edilməsi ilə bağlı hər şeyi dəyişdirdiyini" təsbit edib.

Hakim Meyn ştatının Dövlət katibi demokrat Şanna Bellouza Ali Məhkəmənin qərarından sonra 30 gün ərzində Trampın seçkiyə buraxılmaması qərarını yenidən nəzərdən keçirməyi tapşırıb.

Dekabr ayında Bellouz müəyyən edib ki, 2024-cü ildə Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üçün öndə gedən Tramp ABŞ Konstitusiyasında basqın və ya basqında iştirak etmiş şəxslərin vəzifə tutmasını qadağan edən müddəa əsasında yenidən vəzifə tutmaq hüququna malik deyil.

Kolorado işi ilə bağlı verdiyi qərardan asılı olaraq ABŞ Ali Məhkəməsi fevralın 8-nə planlaşdırılan şifahi arqumentlərlə məsələni yaxın həftələrdə ölkə daxilində həll edə bilər.

Meyn və Kolorado 14-cü Düzəlişin 3-cü bölməsi kimi tanınan konstitusiya müddəasına əsasən Trampı diskvalifikasiya edən yeganə iki ştatdır. Tramp apellyasiyaya müraciət etdiyi vaxt hər iki ştat öz qərarlarını təxirə salıb.

Bir sıra digər ştatlarda məhkəmələr və seçki rəsmiləri Trampın namizədliyinə bənzər səsvermə bülletenləri ilə bağlı çağırışları rədd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG