Accessibility links

Yunanıstan Makedoniya ilə sərhəddəki qaçqınları köçürməyə başlayıb


Yunanıstan polisi Makedoniya ilə sərhəddəki düşərgədən yüzlərlə qaçqını köçürməyə başlayıb.

Bu gün səhər tezdən avtobuslara doldurulan çoxu Əfqanıstandan olan qaçqınlar hərbçilərin paytaxt Afinada saldığı düşərgəyə yerləşdiriləcək.

Qaçqınlardan biri müxbirlərlə bunları deyib: "Nəyə görə polis buraya gəlib bizi mühasirəyə alır? Bu insani dəyərlərə qarşıdır. Biz buraya sığınacaq istəmək üçün gəlmişik, niyə bizi burada saxlayırsınız?" deyə, o bildirib.

Makedoniya ölkəyə daxil olmağa çalışan miqrantlara qarşı sərt məhdudiyyətlər tətbiq etməyə başlayandan bəri minlərlə qaçqın İdomeni düşərgəsində sığınırdı.

XS
SM
MD
LG