Accessibility links

Şimali Makedoniya rusiyalı diplomatın ölkədən çıxarılacağını bəyan edib


Şimali Makedoniya hökuməti rusiyalı diplomatın ölkədən çıxarılması barədə bəyanat verib. Bu barədə MKD milli xəbər portalı yazır.

Ölkənin Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiyanın Şimali Makedoniyadakı səfirliyinin bir işçisinin “persona non grata” elan edildiyi barədə məlumatı təsdiqləyib.

Rusiya səfiri mayın 14-də Xarici İşlər Nazirliyinə çağırılıb və bildirilib ki, diplomat yeddi gün ərzində ölkəni tərk etməlidir. Digər təfərrüatlar barədə hələ məlumat verilməyib.

Şimali Makedoniya rusiyalı müxalif siyasətçi Aleksey Navalnının təqibini pisləyən üç Balkan ölkəsindən biridir. Yanvar ayında Şimali Makedoniya hakimiyyəti Navalnının həbs olunmasını pisləyən bəyannamə imzalamışdı və mart ayında insan haqlarının pozulmasına görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq olunmasını dəstəkləmişdi.

“Bloomberg” Avropanın yüksək vəzifəli şəxslərinə istinad edərək, daha əvvəl Rusiyanın Sputnik V koronavirus peyvəndinin tədarükünü təxirə saldığını yazmışdı. Şimali Makedoniya hökuməti rəsmisi qəzetə verdiyi açıqlamada Rusiyanın rəsmi olaraq tədarük gecikmələrinin peyvəndin istehsalı və ona olan yüksək tələblatla əlaqəli olduğunu bildirmişdi.

Bununla birlikdə, yüksək səviyyəli bir Aİ diplomatı qərarın birbaşa Şimali Makedoniyanın Navalnının həbsinə cavab hərəkətlərinə verdiyi dəstəklə əlaqəli olduğunu müdafiə edir. Rusiya Birbaşa İnvestisiya Fondu qəzetə verdiyi açıqlamada Şimali Makedoniyaya tədarükün müqaviləyə uyğun olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG