Accessibility links

Makedoniyanın adı dəyişə bilər


Makedoniyanın baş naziri Zoran Zaev ölkəsinin yeni adı ilə bağlı Yunanıstanla razılığa gəldiyini bildirib.

Baş nazirin sözlərinə görə, onun ölkəsi bundan sonra “İlinden Makedoniyası” adlandırıla bilər.

Skopyenin 1991-ci il Balkan müharibəsi zamanı keçmiş Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan etməsindən bəri onun adı ilə bağlı Makedoniya ilə Yunanıstan arasında mübahisə gedir.

Zoran Zaev
Zoran Zaev

Belə ki, Yunanıstanın belə adda bir bölgəsi var.

Amma Makedoniyanın baş naziri Zoran Zaev deyib ki, bu məsələ ölkədə referenduma çıxarılmalıdır.

İlinden Makedoniyasına gəldikdə isə İlinden Makedoniyanın bir şəhəridir.

1903-cü ildə bu şəhərdə Osmanlı imperiyasına,1944-cü ildə isə alman-faşist işğalına qarşı üsyan qaldırılıb.

Amma Yunaqnıstanın baş naziri Alexis Tsipras Zaevin bəyanatına şərh verməyib, tıkcə onu deyib ki, tərəflər məsələnin həllinə heç vaxt indiki qədər yaxın olmayıblar.

“Bu, tarixi imkanı əldən verməməliyik. Gəlin, finişə bir neçə metr qalmış qeyri-adi addımlar atmayaq” - deyə, baş nazir bildirib.

Bolqarıstanın xarici işlər naziri Ekatrina Zaxarieva Azadlıq Radiosuna bildirib ki, tərəflər “İlindin Makedoniyası” adını Sofiyada keçirilən Avropa Birliyi-Qərbi Balkan sammitində müzakirə ediblər.

XS
SM
MD
LG