Accessibility links

Con Makkeyn bağırsaq əməliyyatından keçib


ABŞ-ın uzunmüddətli senatoru Con Makkeyn doğma Arizona ştatında bağırsaq əməliyyatından sonra bərpa olunur.

Köməkçiləri 81 yaşlı Vyetnam Müharibəsi veteranının vəziyyətinin sabit olduğunu deyirlər. Müstəqil fikirli bir insan kimi reputasiya qazanmış Makkeyn, həm də beyin xərçəngi ilə mübarizə aparır.

Senator dekabr ayından etibarən müalicə üçün Arizona ştatındadır və Senatla bağlı işlərini oradan həyata keçirir.

XS
SM
MD
LG