Accessibility links

Makkeyn ABŞ-ın “saxta vətənpərvərlik” meylindən narahatdır


Senator Con Makkeyn və sabiq vitse-prezident Co Bayden

Milli Konstitusiya Mərkəzi bazar ertəsi gecəsi ABŞ Senatoru Con Makkeynə “qurbanlar və xidmətlə dolu həyata görə” Azadlıq Mükafatı təqdim edib. Makkeyn mükafatı alandan sonra çıxış edərək, təcridedici siyasətin təşviqatçılarına sərt tənqidlərini ünvanladı.

Filadelfiyada keçirilən mərasimdə Makkeynə mükafat sabiq vitse-prezident Bayden tərəfindən təqdim edildi. Makkeyn çıxışı zamanı Amerikanın beynəlxalq lider kimi rolundan imtina edilməsini “qeyri-vətənpərvər” addım olduğunu bildirib.

“Bizim qurduğumuz və əsrin üç rübü ərzində irəli apardığımız dünyandan qorxmaq, bizim bütün dünyada inkişaf etdirdiyimiz ideallardan imtina etmək, beynəlxalq lider kimi öhdəliklərimizdən, dünyanın ən yaxşı və ən sonuncu ümidi kimi vəzifəmizdən geri çəkilmək, problemlər həll etmək əvəzinə günahkar axtaran insanlar tərəfindən yaradılmış saxta vətənvərpərlik ideyaları “qeyri-vətənpərvər” addımdır.”

Makkeyn prezident Donald Trampın adını qeyd etməsə də, prezidentin “İlk növbədə Amerika” lozunqu ölkənin beynəlxalq reputasiyasına xələl gətirdiyi güman edilir. Trampın ABŞ-ın Paris İqlim Sazişindən çıxması qərarı və ABŞ-ın müttəfiqlərinin dəstəklədiyi İran Nüvə Sazişini sərt tənqid etməsi geniş tənqidlərə səbəb olub.

XS
SM
MD
LG