Accessibility links

Con Makkeyn səhiyyə islahatlarına dair səsvermədə iştirak etmək üçün Senata qayıdır


ABŞ senatoru Con Makkeyn səhiyyə islahatlarına dair mühüm səsvermədə iştirak etmək üçün bu gün Senata qayıdır. Bu haqda respublikaçı senatorun ofisindən xəbər verilib.

Bu yaxınlarda beyin xərçəngi diaqnozu qoyulmuş Arizona senatoru Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla bir sıra mühüm qanun layihələri üzərində işi davam etdirəcək.

“Səhiyyə xidməti islahatları, müdafiə xərcləri və Rusiyaya qarşı sanksiyalar üzərində işləmək üçün Senata qayıtmağımı səbirsizliklə gözləyirəm”, senator Makkeyn Tvitter səhifəsində yazıb.

ABŞ Senatında bu gün respublikaçıların keçmiş prezident prezident Barak Obamanın qəbul etdiyi səhiyyə xidmətləri planının ləğv edilməsi təşəbbüsləri ilə bağlı debatlara dair səsvermə keçiriləcək.

Demokratlar Obamacare adı ilə tanınan qanunun ləğvi səylərinə birgə müqavimət göstərir.

XS
SM
MD
LG