Accessibility links

Con MakKeyn Respublikaçıların sığorta planını dəstəkləməyəcək


ABŞ senatoru Con MakKeyn vicdanının ona Respublikaçıların səhiyyə planı leyhinə səs verməyə yol vermədiyini deyib. Bu isə o deməkdir ki, respublikaçılar böyük ehtimalla sentyabrın 30-nadək Obamacare-i ləğv edib, əvəzləyə bilməyəcəklər.

MakKeyn daha öncə qanun layihəsinin əleyhinə səs verəcəklərini açıqlayan iki digər Respublikaçıya qoşulub. Onlar Kentakki ştatından senator Rend Pol və Meyn ştatından senator Süzan Kollinsdir. Bu üç səs olmadan Senatdakı Respublikaçılar səhiyyə planını qəbul etmək üçün kifayət qədər səsə sahib olmayacaq.

MakKeyn cümə günü verdiyi bəyanatında yeni səhiyyə planının “neçəyə başa gələcəyini, aylıq sığorta puluna necə təsir edəcəyini və neçə nəfrin bundan zərər görüb və ya faydalanacağını bilmədən” qanun layihəsini dəstəkləməyəcəyini bildirib.

Kifayət qədər vaxt yoxdur

Heç bir partiyaya aid olmayan Konqresin Büdcə Ofisi qanun layihəsini nəzərdən keçirir, amma sentyabrın 30-nadək işlərini bitirə bilməyəcək. Büdcə ofisi irəli sürülən qanun layihəsinin xərclərini və iqtisadi nəticələrini dəyərləndirir.

Cümə günü kampaniya mitinqi zamanı prezident Donald Tramp MakKeyn barədə danışıb.

“MakKeyn ən son kampniyasında Obamacare-i ləğv edib, əvəzləmək barədə danışırdı. İndi isə o başqa şey etmək istəyir və bu da normaldır.”

Daha sonra Tramp Senata namizəd Lüter Strencin MakKeynin Senatdakı yerini əlindən alacağı barədə zaraft edib. “Onun MakKeynin yerinə keçməsi ironik olmazdımı? Məncə olardı”, Tramp deyib.

Səsvermə bəlli deyil

Senatın sentyabrın 30-dan öncə səsvermə keçirib-keçirməyəcəyi aydın deyil. Respublikaçıların qanun layihəsini 51 səslə qəbul edə bilməsi üçün səsverməni senytabrın 30-nadək keçirməlidir. Ondan sonra səhiyyə planını qəbul etmək üçün onların 60 səsə ehtiyacı olacaq. Senatda isə 52 Respublikaçı var.

Senatın çoxluq lideri Mitç MakKonnel qanun layihəsinin təsdiqi üçün lazım olan səslərə sahib olduğuna əmin olduğu halda səsvermə keçirəcəyini deyib.

Qanun layihəsinə əsasən, 50 ştata federal pul ayırılacaq ki, onlar ştatlarının ən yoxsul əhalisi üçün müstəqil sağlamlıq sığorta planları hazırlasın.

Planın bir çox Demokrat tənqidçisi ilə ölkənin böyük səhiyyə qrupları deyir ki, qanuna dəyişiklik gələcək illərdə milyonlarla insanın sağlamlıq sığortalarını itirmələrinə səbəb ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG