Accessibility links

Makkeyn Tramp administrasiyasını Əfqanıstanla bağlı strategiyanın olmadığına görə tənqid edib


Birləşmiş Ştatlar senatoru Con Makkeyn Arizonadakı evində beyin xərçənginin müalicəsinə başlasa da, xəstəlik onun Tramp administrasiyasının Əfqanıstanla bağlı heç bir strategiyaya malik olmaması haqda tənqidi fikirlərini səsləndirməsinin qarşısını almayıb.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri olan Makkeyn Vaşintonu tərk etməzdən əvvəl Tramp administrasiyasını inaqurasiyadan 6 aydan çox bir vaxt keçsə də, Əfqanıstanda nailiyyət əldə edilməsi sahəsində heç bir strategiyası olmadığına görə tənqid edib.

Makkeyn Senatda sentyabr ayında milli müdafiə sahəsində büdcə planının müzakirəsi zamanı ən yaxşı hərbi liderlərin məsləhətləri əsasında Amerikanın Əfqanıstanda milli maraqlarının təmin olunması yolunda strategiyanı təmin edəcək təklif irəli sürəcəyini bildirib.

ABŞ müdafiə naziri Con Mattis Əfqanıstanla bağlı strategiyanı Konqresə iyul ayının ortalarınadək təqdim edəcəyinə söz vermişdi, lakin hələlik bu reallaşmayıb.

Birləşmiş Ştatlar Əfqanıstanda Talibana qarşı 2001-ci ildən bəri mübarizə aparır.

XS
SM
MD
LG