Accessibility links

General MakMaster "radikal islam terrorizmi" ilə bağlı Tramp administrasiyasının mövqeyini bölüşmür


Prezident Donald Tramp və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri H.R. McMaster
Prezident Donald Tramp və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri H.R. McMaster

ABŞ administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri öz işçilərinə terror hücumlarını törədən müsəlmanların İslamı təhrif etdiyini deyib. Bu, prezident Donald Trampın yüksək səviyyəli müşavirlərinin mövqeyindən fərqli bir ideoloji yanaşma tərzidir.

New York Times qəzetinin verdiyi məlumata görə, H.R.MakMaster bildirib ki, "radikal İslam terrorizmi" termininin işlədilməsi əks-təsirə malikdir, çünki terrorçuların hərəkətləri "İslama ziddir".

MakMasterin bu açıqlamaları Milli Təhlükəsizlik Şurasının üzvləri ilə ilk görüşü zamanı verdiyi bildirilir.

"Radikal İslam terrorizmi" termininin işlədilməsi əks-təsirə malikdir, çünki terrorçuların hərəkətləri "İslama ziddir".
H.R.MakMaster

Bu açıqlamalar prezidentin özü və MakMasterin sələfi, Rusiya diplomatı ilə kontaktları haqda administrasiya rəsmilərinə yanlış məlumat verdiyi ilə əlaqədar istefa vermiş Maykl Flinnin istifadə etdiyi üslubdan tamamilə fərqlənir.

MakMasterin açıqlamaları onun Milli Təhlükəsizlik Şurasını Flinnin ideoloji baxışlarından kənarda saxlamağa çalışmasına ilk işarə hesab edilir.

MakMasterin üslubu daha çox ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Corc Buşun mövqeyini xatırladır. Həm Obama, həm Buş ABŞ-ın terrorizmə qarşı mübarizədə müsəlman müttəfiqlərə ehtiyacı olduğunu nəzərə alaraq, terrorçuların hərəkətlərinin İslam dini ilə əlaqələndirilməməsi məsələsinə xüsusi diqqət verirdi.

MakMasterin məsələ ilə bağlı mövqeyinin Ağ Evin İslam dini ilə bağlı fərqli təsəvvürlərə malik başqa yüksək səviyyəli müşavirlərinə də təsiri olub-olmayacağı hələlik aydın deyil. Ağ Evin baş strateqi Stiven Bannon məsələn, yəhudi-xristian dünyası ilə İslam arasında mübarizənin qaçılmaz olduğu haqda xəbərdarlıq edib.

Ağ Evin müşavirlərinin fərqi mövqeləri Senatın Silahı Qüvvələr Komitəsinin MakMasterin təsdiqi ilə bağlı dinləmələr keçirmək istədiyi təqdirdə hamıya məlum ola bilər. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə namizədin Senatda təsdiqi tələb olunmur, lakin senatorlar üç ulduzlu general MakMasterin yeni vəzifəyə təsdiqinə razılıq vermək üçün səsvermə keçirməlidir.

Komitəsinin sədri Con Makkeyn dinləmənin keçiriləcəyi ilə bağlı bir söz deməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG